İki dar ağızlı stəkanı su ilə doldurun. Birinci stəkana mandarin , ikinci stəkana soyulmuş mandarin qoyun. Birinci stəkandakı mandarin batacaqdır. İkinci stəkandakı soyulmuş mandarin isə suyun üzərində qalacaqdır.Buna səbəb mandarinin qoruyucu qabığıdır.Mandarinin qoruyucu qabığı mandarini bütovlükdə qoruyur. Siz də bu təcrübəni edərək bunu öz gözlərinizlə görə bilərsiniz.
3 stəkana süd doldurun. Brinci stəkana soyuq , ikinci stəkana ilıq . üçüncü stəkana isti süd doldurun. Bunu soyuducunun dondurucu hissəsinə qoyun. 2 saatdan sonra hər üç stəkana baxaq. Möcüzə baş vermişdir. İsti süd daha yaxşı , ilıq süd orta , soyuq süd isə heç donmamışdır.Bunun sirri hələ də bizə mövcud deyil...
Velosiped təkərinə müxtəlif rəngli kağızlardan dairə düzəldib onu velosiped təkərinə keçirin. Və velosiped təkərini fırladın.Bu zaman biz rəngli yox ağappaq bir dairə görəcəyik. Rəngli dairə fırlandığından biz bütun rəngləri görə bilmirik.Bütün rənglər də ağ rəngdən yarandığı üçün biz təkəri ağ rəngdə görürük.
Birinci , gözəl bir tırtıl çəkin. Daha sonra başqa kağızda kəpənək çəkin. Sonra 2 kağıza bir birinin üstünə qoyub bərabər hissələrə kəsin. Daha sonra bir karton götürüb onun üzərinə bir tırtıl , bir kəpənək , bir tırtıl , bir kəpənək və kağız qurtaranacan bunu belə davam edin. Sonra kağızları kartona yapışdırın. Onu qarmon kimi bükün. Vəssalam! Kağızın bir tərəfinə baxanda tırtıl o bri tərəfdən baxanda isə bir kəpənək görünür. Buna optik əksolunma deyilir.