Hekayələr
Ata və qızı
Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:
— Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.
Balaca qız cavab verir:
— Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur:
— Fərqi nədi ki? "Çox böyük fərq var"- deyə balaca qızı cavab verir. "Əgər mən sənin əlini tutsam və mənə nə isə olsa, ola bilər ki, mən sənin əlini buraxım. Amma sən mənim əlimi tutsan, mən əminəm ki, nə olursa olsun sən heç vaxt mənim əlimi buraxmazsan."

Quru yarpaqlar
Çin imperatoru üç il ərzində şəxsən özü min bir əziyyət bahasına bir bağ salır və günlərin bir günü bu bağın gözəlliyini görmək,dəyərləndirmək üçün nüfuzlu şəxsləri buraya qonaq çağırır.
Bağı görən-görən heyranlığını bildirir,təriflər sel kimi yağır.Amma bağsalma sənətinin misilsiz ustadı sayılan Lin-çi`nin fikri imperatoru digər qonaqlarınkından daha çox maraqlandırırdı.Odur ki,qibleyi-aləm rəyini öyrənmək üçün ustada müraciət elədi.
Lin-çi dedi :
- Bu bağda bircə dənə də qurumuş yarpaq görmədim.Bəyəm yaşamla ölüm hər zaman qoşa və qonşu olmur ki?! Xəzəllərin yoxluğu bağınızı donuq və cansız göstərir.Hər halda,onları bu səhər "Qonaqlar gələcək" deyə süpürüblər.Bu yanlışı düzəltmək istəyirsinizsə,göstəriş verin,bir qucaq quru yarpaq gətirib töksünlər buralara.
Bu təklif gerçəkləşəndən sonra külək yerdəki xəzəllərlə oynamağa başladı.Onların xışıltısı və pıçıltısı sayəsində bağ sanki canlandı.
Ustad bunu görüb dedi :
- İndi bu bağda hər şey yerli-yerindədir.Bağınız çox gözəldir,yeganə çatışmazlığı isə onun hədsiz dəqiqiliklə salınmasıdır.İstənilən sənət özünü kölgədə tutduğu və gözə batmadığı zaman yetərincə misilsiz olur.

Dəyərlİ həyat
Məşhur bir natiq danışmasına 100 dollarlıq bir banknotu əlində tutaraq başladı.
- Bu 100 dollarlıq banknotu kim istər? deyə soruşdu.
Salonda əllər tək-tək havaya qalxdı.
- Tamam. Bu 100 dolları içinizdən birinə verəcəyəm, amma əvvəl lütfən icazə verin, dedi və banknotu yaxşıca büzdürdükdən sonra təkrar soruşdu:
- İndi kim istəyir?
Salonda eyni əllər havaya qalxdı. Bu dəfə, adam, banknotu yerə atdı və ayaqqabısıyla əzdi. Ardından əyildi və pulu götürdü. Banknot çirkli və büzüş-büzüş olmuşdu.
- Hələ istəyən varmı? deyə soruşdu.
Salonda əllər təkrar havaya qalxdı.
- Yoldaşlar, düşünürəm hamınız çox əhəmiyyətli bir dərs öyrəndiniz. Pula nə etsəm edim siz hələ onu istəməyə davam etdiniz, çünki bilirdiniz ki, bu banknot dəyərindən bir şey itirmədi. Bəli bunun kimi, bizlər də həyatda çox çətin vəziyyətlərlə qarşı-qarşıya qalarıq. Zirvədən aşağı düşərik, üzərimizdən basıb keçərlər; bütün o mənfi hadisələri yaşayarkən, əgər şəxsiyyətimizi mühafizə etsək, başımıza nə gəlirsə gəlsin dəyərimizi əsla itirmərik.

Dəllək-Cəlİl məmmədquluzadə
Sadıq kişinin on yaşında oğlu Məmmədvəlinin gözləri ağrıyırdı. Bir gün uşaq anasına dedi:
- Axı, Kərbəlayı Qazımın oğlu Əhmədin də gözləri ağrıyırdı. Dünən Əhmədnən arxın kənarında oynuyurduq. Əhməd burun qanadan otnan burnunu qanatdı. Elə burnundan bir az qan axan kimi, Əhmədin gözləri yaxşı oldu.
- Bala, get sən də burnunu qanat! – anası Məmmədvəliyə dedi.
Məmmədvəli getdi, otların içindən haman tikanlı otu tapdı, sol əli ilə otu soxdu burnunun deşiklərinə, sağ əli ilə yumruğunu düyüb vurdu sol əlinin altından və Məmmədvəlinin burnundan qan başladı axmağa.
Yarım saat qədərincə qan axdı. Məmmədvəli barmaqları ilə burnunun deşiklərini tutdu ki, bəlkə qan kəsilə, amma qan kəsilmək bilmədi. Axırı anasını çağırdı. Anası dəxi qanın kəsilməyinə bir çarə tapmadı. Bu heyndə Sadıq kişi əlində ət səbəti bazardan evə ət gətirdi. Övrət üzünü tutdu Sadıq kişiyə:
- A kişi, gəl gör, Məmmədvəlinin burnunun qanına nə çarə eliyirik – kəsilmir; gəl bəlkə sən bir çarə tapasan.
Sadıq kişi oğlunun yanına yetişib, sağ əlinin barmaqları ilə yapışdı Məmmədvəlinin burnunun ucundan və qoymadı qan axsın. Amma qan burnunun içində şişib, genə yol tapıb başladı axmağa.
- A kişi, qaç bazara – övrəti başladı uca səslə Sadıq kişiyə deməyə. – Qaç tez Usta Hüseynin yanına. Onun həkimlikdə səritştəsi çoxdu. Tez qaç Usta Hüseynə de. Yoxsa uşağı qan aparar, evin yıxılar. Tez durma qaç və tez xəbər gətir.
Sadıq kişi əllərinin qanını arxda yuyub, üz qoydu həyətdən çıxmağa. Sadıq kişi o vaxt Usta Hüseynin dükanına yetişdi ki, usta bir müştərinin başını qırxıb qurtarıb, qanatdığı yerlərə pambıq düzürdü. Sadıq kişi dükanın qabağında durub salam verdi. Usta Hüseyn kişini görcək onu müştəri hesab etdi və qoltuq cibindən aynanı çıxardıb tutdu Sadıq kişinin qabağına. Sadıq kişi aynanı alıb və gözlərini yumub bir salavat zikr etdi və aynanı əvvəl sağ çiyninin, sonra sol çiyninin qabağına aparıb tutdu üzünün müqalibində və gözlərini açıb sol əli ilə başladı qırmızı saqqalını tumarlamağa və bir dəfə də salavat çevirib, aynanı qaytardı Usta Hüseynə və dedi:
- Ay Usta Hüseyn, bizim Məmmədvəlinin burnu qanıyıb. Nə əlac edirik qan kəsilmək bilmir. Arvad məni yalvara-yalvara sənin yanına göndərib, bəlkə sən bir çarə tapasan.
Usta Hüseyn Sadıq kişidən aynanı alıb əvvəl ona təklif etdi ki, girsin dükana və otursun səkinin üstündə. Sadıq kişi dükana girib oturandan sonra, Usta Hüseyn onun yavığına yeriyib sağ əlini uzatdı və Sadıq kişinin börkünü götürüb qovzadı yuxarı. Sadıq kişi altdan-yuxarı baxırdı Usta Hüseynin üzünə. Usta başını bulaya-bulaya dedi:
- Ax, ax, vay, vay! Yazığım gəlir gününə, ay Sadıq kişi!!! Bilmirəm sənin axırın nə günə qalacaq! Ay kişi, ya adını erməni qoy, xalq bilsin ki, sən müsəlman deyilsən, yoxsa əgər müsəlman olmaq istəyirsən, qardaş, bu müsəlmançılıq deyil ki, sən eliyirsən. Kişi, utanmırsan başuvun tükünü bu qədər uzadıb qırxdırmısan? Hələ xəcalət çəkməyib deyirsən ki, Məmmədvəlinin burnunun qanı kəsilmir? O allahın qəzəbidir ki, səni tutub. Yoxsa harda görsənən şeydir ki, burunun qanı kəsilməyə? Sənin tək müsəlmanlar bundan da artıq bəlaya giriftar olacaqlar!
Bu sözləri deyə-deyə Usta Hüseyn balaca mis qaba soyuq su töküb, Sadıq kişinin başını hər iki əlləri ilə ovurdu ki, tükləri yumşalsın. Sadıq kişi dinməz-söyləməz oturub başını əymişdi aşağı. Usta Hüseyn əllərini ətəklərinə silib götürdü ülgücü və başladı daşın üstə çəkib itiləməyə və sonra bir neçə dəfə də qayışa çəkib, Sadıq kişinin başını qırxmağa məşğul oldu və Sadıq kişiyə belə moizə elədi:
- Sadıq əmi! Müsəlmançılığın şərtləri çox ağırdır. Az bir adam bu şərtlərin hamısını əmələ gətirə bilər. Məsələn, başı tüklü saxlamaq heç bilirsən ki, necə böyük günahların biridir? Əvvəla budur ki, başını vaxtından-vaxtına qırxdırmıyanın evində heç xeyir-bərəkət olmaz. İkinci budur ki, insana növbənöv bədbəxtliklər üz verər. Mən nəyə deyirsən and içim ki, oğluvun qanının kəsilməməyi məhz tənbehdir ki, xudavəndialəm bu günahların qabağında sənə göndərib. Məndən sənə vəsiyyət: bir də belə qələtləri eləmə; yazıqsan, fağırsan. Yoxsa bir özgə cür bədbəxtlik üz verər, dəxi sonra peşimanlıq bir yerə çatmaz.
Usta Hüseyn, Sadıq kişinin başını qırxıb qurtardı. Sadıq kişi börkünü qoydu başına, iki qəpik çıxarıb uzatdı Usta Hüseynə və dedi:
- Usta, allah atana rəhmət eləsin.
Və Usta Hüseyn pulu alıb cavab verdi:
- Allah sənin də atana rəhmət eləsin.
Sadıq kişi üz qoydu evinə getməyə.
Həyətə girib Sadıq kişi gördü ki, oğlunun qanı çoxdan kəsilib. Məmmədvəli bir uzun ağacdan at qayırıb minmişdi, həyəti o tərəfə çapırdı, bu tərəfə çapırdı və hərdən bir at kimi kişnəyirdi.

Hacı qara-M.f.Axundov
ƏFRADİ-ƏHLİ-MƏCALİS
Əvvəlimci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə.
Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə, Heydər bəy qabağında habelö yaraqlı-əsbablı, qıvraq geyinmiş məlal ilə danışır.
H e y d ə r b ə y. Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi dustaq alaçığın içində oturasan. Dövlət dəxi hardan olsun, pul hardan olsun? Ah, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur. Nə Qızılbaş döyüşü var, nə Osmanlı döyüşü var. Əgər qoşuna getmək istəsən də gərək ancaq çılpaq ləzgilərin üstünə gedəsən. Əgər yüz min zəhmətlə birisini dağların dəlik-deşiyindən çıxartsan, bir dağarcıq, bir kürkdən başqa əlinə bir zad düşməyəcək. Hanı Qızılbaş və Osmanlı döyüşü ki, tamam Qarabağı qızıl-gümüşə boyadı? Aslandüzün çapqınından indiyədək də çox evlər abaddır. Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri Osmanlıda qəsb etdiyi gümüş rəxtlərdən satırdılar. Bir belə döyüş olsun, hamıdan irəli dəstə başında gedən mən ollam! Bir hünər göstərrəm ki, Rüstəmi-dastan da göstərməmiş ola! Mənim işim budur! Nə ki, naçalnik çağırıb deyir: Heydər bəy, rahat dur-otur, quldurluq eləmə, yol kəsmə, oğurluğa getmə! Peşiman oldum dedim ki, naçalnik, biz də bu əmrə rağib deyilik, amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm. Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü görükməyib! Mənim atam Qurban bəy onu etməyib; mən ki onun oğlu Heydər bəyəm, mən də etməyəcəyəm! Qaşqabaqlı üzün çevirib atın sürdü.
S ə f ə r b ə y. Bu sözlərdən fayda yoxdur. Hər kəs hər nə deyir, desin: oğurluq ət yeməyib, at minməyəndən sonra dünyada gəzməyin nə ləzzəti var? Gecə keçdi, Əsgər bəy bilmirəm niyə yubandı! Ha, odur gəlir! Bu halda Əsgər bəy yetişir.
Ə s g ə r b ə y. Heydər bəy, mən də hazıram. Gedirsiniz, bismillah, yola düşək. Niyə belə qəmgin və fikirli görükürsən?
H e y d ə r b ə y. A kişi, bilmirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir. Mahalı gəzməyə çıxmış imiş. Bu gün obanın qırağından ötəndə məni çağırıb deyir ki, Heydər bəy, quldurluq, oğurluq eləmə!
S ə f ə r b ə y. Yəni acından öl!
H e y d ə r b ə y. Əlbəttə, elə deməkdir! Guya ki, bütün Qarabağda - dana-doluq oğrusu bir Heydər bəydir! Əgər o əl çəksə, ölkə farağat olur. Dana-doluq oğurlamaq da bizə çətin olubdur. İndi məəttəl qalmışam: əgər qızı gedib götürsək, qorxuram ata-anası şikayət edə: gərək genə təzədən qaçaq olam.
Ə s g ə r b ə y. Heydər bəy, tamam Qarabağ bilir ki, o qızı ata-anası sənə veriblər; bilmirəm götürüb qaçmağına səbəb nədir?
H e y d ə r b ə y. Səbəb odur ki, pul tapmıram xərcin çəkib, toyun edib gətirəm. Ondan ötrü Səfər bəy məsləhət görür ki, götürüb qaçım, toy xərci aralıqda itsin. Amma bu iş mənə ölümdən bədtər görünür ki, deyəcəklər: Qurban bəyin oğlu pul tapmadı toy edə, nişanlısın götürdü qaçdı. Çün Səfər bəy dedi ki, qorxundan bu bəhanəni gətirirsən, onun üçün acığa düşüb səni çağırtdım ki, sən də mənə yoldaşlıq edəsən.
S ə f ə r b ə y. Mənim üçün təfavütü yoxdur! Mənim yanımda uf-uf elədin ki, iki ildir adaxlını toy edib gətirə bilmirsən. Mən dedim ki, istirsən gəlim, gedək qaçıraq, gətirək! İndi özün bil!
Ə s g ə r b ə y. Heydər bəy, bu niyyətdən düş! Mənə bir on beş gün möhlət ver, mən sənə toy xərci hazır edim; ağıllı-başlı toy elə, adaxlını gətir!
H e y d ə r b ə y. Toy xərcini hardan hazır edəcəksən?
Ə s g ə r b ə y . On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə bir qazanarıq; onun qazancı ilə toyunu elərsən!
H e y d ə r b ə y. Avazın yaxşı gəlir, oxuduğun quran olsa! Məgər Təbrizdə müftə mal töküblər, gedib yığışdırıb gətirək, gələk?
Ə s g ə r b ə y . Əlbəttə, müftə mal harda idi; pul ilə satın allıq.
H e y d ə r b ə y. Əcəb danışırsan! Mən pulu hardan alım?
Ə s g ə r b ə y . Məgər mənim özümün pulum var? Mən dediyim budur ki, Hacı Qara ağcabədilidən ki, sövdəgər və dövlətli kişidir, pul götürrük, gedərik, mal gətirrik, satarıq, onun pulunu özünə rədd edərik, qazancı bizə qalar.
H e y d ə r b ə y. Hacı Qara, deyirlər, çox xəsisdir. O, adama pul verər?
Ə s g ə r b ə y . Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. Tamahkar adamdır; ondan ötrü bizə də pul verər, özü də bizim ilə gedər.
H e y d ə r b ə y. Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam. Amma gərəkdir əvvəl bir qız ilə görüşüb əhvalatı bildirəm, çünki söz vermişəm, bu gecə məni gözlüyür.
Ə s g ə r b ə y və S ə f ə r b ə y. Çox əcəb, çox gözəl!
H e y d ə r b ə y. Di, bəs siz gedin, sonra mən gəlləm, sizinlə görüşərəm, bərabər gedərik Hacı Qaranın yanına.
Ə s g ə r b ə y v ə S ə f ə r b ə y. Salamat ol, gedirik. Amma sübh tezdən gəl (Gedirlər). Bu halda məclis dəyişilir. Uzaqda bir alaçıq görünür. Alaçıqdan on qədəm kənar, kolun daldasında Sona xanım qəşəng səfər paltarını geymiş, ipək çadirşəbi başında, o yan-bu yana baxır, qalxır oturur.
S o n a x a n ı m. Allah, görəsən genə nə oldu, gəlmədi? Gecə yarıdan ötübdür, hələ indiyədək görünməyir. Dan yeri ağarıb, sabah indicə açılar, bilmirəm necə edim? Bir azacıq da gözətləyim, əgər gəlməsə, çarə yoxdur, gərək alaçığa qayıdam! (Qalxır ayağa,o yana-bu yana baxır). Xeyr, gəlmədi! Yəqin ki, dəxi gəlməz. Şəkk yoxdur ki, gəlməyəcək! Görəsən genə hansı dəli qudurmuşa rast gəldi, tovlayıb at, mal oğurluğuna götürüb getdi, yoxsa bu vaxtadək gərək idi gələydi. Öhdəsindən gələ bilmirəm. Əgər bu səfər də tanıyalar, gərək genə təzədən qaçaq ola, mənim günümü qara edə. Genə iki il evdə məni dustaq eyliyə. Vallah, dəxi gözləmənəm! Heç vaxt dəxi onun yolunda bu qədər oturmanam, gedərəm özgəsinə! Onun fikri budur ki, atam evində mənim birçəyimi ağarda. (Oturur yerə, sonra). Eh, nə vəsvəsələr gəlir könlümə! İnşallah getməz, mənə and içibdir ki, səni aparanadək heç bir quzu oğurluğuna da getmənəm. Şəksiz, yubanmağına başqa səbəb var. Ax, indi bu kolun dalından qulaq asıb eşidəydi ki, mən deyirəm, gedirəm özgəsinə, görəsən inanardımı? Əlbəttə, inanmayacaqdır, çünki bilir yalan deyirəm. Hövsələm daralıb, ağzıma gələni söyləyirəm. Bıy, şıqqıltı gəlir. Bu halda kolun dalısından
H e yd ə r b ə y atlı üzə çıxır, atdan enir .
H e y d ə r b ə y. Sona xanım! Sona xanım!
S o n a x a n ı m.
Heydər, sənsən? H e y d ə r bəy.Mənəm!
S o n a x a n ı m. Yalqızsan? Bəs hanı yoldaşların?
H e y d ə r b ə y. Yoldaşlarım yoxdur, yalqız gəlmişəm.
S o n a x a n ı m. Bu nə sözdür deyirsən? Yalqız niyə gəlibsən? Atam da, qardaşlarım da alaçıqda yatırlar, belə ki, gec gəlibsən, indicə sabah açılacaq, məni alaçıqda görməyib duyacaqlar, şəksiz, dalımca atlanıb, atın izilə gəlib məni əlindən alacaqlar. Sonra dəxi mənim üzümü qiyamətədək görməzsən!
H e y d ə r b ə y. Hələ səni aparmağa gəlməmişəm, qorxma!
S o n a x a n ı m (qeyz ilə). Necə aparmağa gəlməmişəm? Nə söylüyürsən?
H e y d ə r b ə y. Başqa məsləhət var, qulaq as!
S o n a x a n ı m. Heç məsləhət yoxdur! Atı bəri çək, gedəcəyəm! Dəxi mən alaçığa qayıda bilmənəm!
H e y d ə r b ə y. Bir dayan, söz deyirəm!
S o n a x a n ı m (atın cilovundan yapışıb). Qulaq asmıram. Hələ üzəngini bas, sözünü yolda deyərsən!
H e y d ə r b ə y (onun qolundan tutub). A qız, bir gör nə deyirəm! Axır tələsmə!
S o n a x a n ı m. Sabah açılır. Dayanmaq vaxtı deyil. Sözünü sonra de! H e y d ə r bəy. A qız, belə pul tapmışam! Ağıllı-başlı, ellər adətincə toy edəcəyəm. Dəxi səni niyə götürüm qaçım? Səni ki, əlimdən alan yoxdur?
S o n a x a n ı m. Yalan deyirsən! Pul tapan bu iki ildə tapardı. Mən toy istəmirəm. Elə toysuz gedəcəyəm. Qoşulub qaçan ölkədə ki, bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. Nə ayıb-zaddır? İyirmi qızdan birisinə toy olmur.
H e y d ə r b ə y. A canım, o qoşulub qaçanların ata-anası vermir, qızın da çarəsi kəsilir, qoşulub qaçır. Axır sənin atan-anan ki, səni mənə özləri verir. Deməzlərmi, utanmaz, dəxi bu nə hərəkət idi etdin, bizi rüsvay elədin? Onda nə cavab verrəm?
S o n a x a n ı m (bir az fikir edib). Pulu hardan tapıbsan?
H e y d ə r b ə y. Di, bir yerə otur, qulaq as, deyim ki, hardan tapmışam.
S o n a x a n ı m (yerə oturur). Yaxşı, söylə görüm!
H e y d ə r b ə y. Sən bilirsənmi ki, qaçaq mal necə bahadır, necə qazanclıdır?
S o n a x a n ı m. Qaçaq mal ilə nə alıb-verəcəyin var? Sövdəgər ki, deyilsən, bu hesabları yoxlursan? De görüm, nə qədər pul tapıbsan?
H e y d ə r b ə y. Axır bir qulaq ver, gör nə deyirəm! Rus firəng çitini qadağan edibdir; heç kəs qorxudan gedib gətirə bilmir; məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilir.
S o n a x a n ı m. A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir? Allah vara yerli-dibli çit geyməyi xalqa qadağan edə! Sözünü de görüm; pulu kimdən aldın?
H e y d ə r b ə y. A qız, qoymazsan, bir sözümü tamam edəm? Amma buranın xalqı belə firəng çitinə hərisdir ki, onu görən al-yaşılın üzünə baxmırlar? Əsgər bəy deyir ki, həmi ucuzdur və həmi göyçəkdir, həmi də rəngi solmur. Arvadlar belə çitlərdən ötrü biixtiyardırlar. Heç rus çitini tanımırlar.
S o n a x a n ı m. Axır mənə nə, firəng çiti, ya rus çiti? İkisi də cəhənnəm olsun! Sözünü de! H e y d ə r b ə y. Belə, naçalnikin arvadı da, deyirlər, ərindən xəlvət həmişə firəng çiti alır geyir, Hacı Əziz bu yaxında iyirmi tümənlik ona firəng çiti satıbdır.
S o n a x a n ı m. Cəhənnəmə satsın, gora satsın! Bilmirəm çit sözü haradan bunun beyninə düşübdür! Heydər, ağlın çaşıb? Nələr söylürsən?
H e y d ə r b ə y . Hər nə isə, başa düşürsənmi ki, burda firəng çiti necə əzizdir?
S o n a x a n ı m. Nəyimə gərəkdir ki, başa düşüm? Firəng çiti alıb-satanam?
H e y d ə r b ə y. Çox yaxşı, di indi qulaq as. Mən bir yol gedib firəng çiti gətirib sövdəgərlərə versəm, iki toyun xərci çıxar!
S o n a x a n ı m. Elə bayaqdan bəri hıqqana-hıqqana bunu deyəcəkdin? Barakallah! Mən də deyirəm ki, bəs oğlan doğrudan pul tapıbdır. Firəng malı deyəsən çöldə imiş, bu gedib yığışdırıb gətirə! Dur ayağa gedək, bəsdir, indicə sabah açılar!
H e y d ə r b ə y. Pul tapmışam, yalan demirəm!
S o n a x a n ı m. Pul tapıbsan, toyunu elə! Dəxi firəng malına niyə verirsən?
H e y d ə r b ə y. Axır borc almışam, yiyəsi bu şərt ilə mənə verir ki, firəng malı gətirəm, qazancını yarı bölək. Yoxsa verməz ki, toy edim!
S o n a x a n ı m. Mən elə qazanc ilə toy istəmirəm, dur gedək! Əgər firəng malında belə qazanc var, dəxi pul yiyəsi səninlə niyə bölür? Gedib özü gətirib hamı xeyrini özü görsün.
H e y d ə r b ə y. Özü sövdəgər, tacir kişidir; mənim kimi adama yanaşmasa, nəkarədir ki, Arazın o tayına ayaq basa bilə? Kazaklar onun tükün didərlər.
S o n a x a n ı m. Kazaklar sənin də tükünü didə bilməzlərmi?
H e y d ə r bəy. Mən oğurluğa, quldurluğa getmiş adamam. Yüz tülkü fənni bilirəm. Kazakların gözünə görükərəmmi ki, mənim tükümü didələr?
S o n a x a n ı m. Sən elə oğurluğa, quldurluğa da gedəndə deyirdin ki, məni görən, tanıyan olmaz; amma genə görürdülər, tanıyırdılar. İki il qaçaq gəzib ev üzü görmədin. İndi üzə çıxıbsan, istirsən genə bir iş tutasan, qaçaq olasan, məni ağlıya-ağlıya qoyasan? Mən razı deyiləm! Dur gedək, mən toy istəmirəm!
H e y d ə r b ə y. Deyək ki, toy istəmədin, axır gərəkməz mənim bir qazanc yolum ola? Çörək istəməzsənmi? S o n a x a n ı m. Allah kərimdir, ac ki, qalmayacağıq?
H e y d ə r b ə y. Necə ac qalmanıq? Deyirsən, oğurluğa getmə, quldurluğa getmə, çörək bacadan ki, düşməz!
S o n a x a n ı m. Sabah açılır. Hələ dur gedək! Məni apar evində qoy, iki həftədən sonra istirsən get qaçaq mala!
H e y d ə r b ə y. Çünki rüsxət verirsən, iki həftə atan evində otur, əgər sonra sənə toy edib aparmasam, məndən əskik adam yoxdur!
S o n a x a n ı m. İstəmirəm! İstəmirəm! Mən indi gedəcəyəm! Dur gedək! (Qalxır ayağa).
H e y d ə r b ə y . Belə, başına dönüm, qadan alım, ayağından öpüm, yalvarıram, iki həftə səbr et! İki həftədən sonra vallah toy ilə səni aparram. Səni toysuz aparmaq mənə ölümdən bədtər görünür. Atan-anan yanında məni xəcil eləmə!
S o n a x a n ı m. İki həftə səbr eləmək cəhənnəm əzabından artıqdır. Dəxi dayana bilmənəm, dur gedək!
H e y d ə r b ə y. Allahı sevirsən, sözümə qulaq as!
S o n a x a n ı m (başlayır ağlamağa). Heydər, görükür ki, məndən soyumusan?
H e y d ə r b ə y. Sona xanım, ürəyimi dağlama! Çünki tablaşa bilmirsən, atı min, gedək.
S o n a xanım istir ayağın üzəngiyə qoya, bu halda dan yeri ağarıb. Sona xanımın anası Teyyibə x a n ı m alaçıqdan çıxır, çağırır.
T e y y i b ə x a n ı m. Sona, Sona, Sona huy!
S o n a x a n ı m. Vay, dədəm vay, anam çağırır, dəxi gedə bilmənəm (Tez qısılır yerə). Heydər bəy. A qız, bəs mən necə edim?
S o n a x a n ı m. Dəxi burda durma, get! Anam indicə bu tərəfə gəlir! Heydər b ə y. Ha vaxt bəs gəlim?
S o n a x a n ı m. Heç vaxt, get, dəxi məni görməzsən!
H e y d ə r b ə y. Sona, sözünü dəyiş, yoxsa bu xəncəri çaxaram ürəyimin başına, özümü öldürrəm!
S o n a x a n ı m. Yox, yox, allahı sevirsən! Get qaçaq mala, sonra gəl, toyunu elə! Get, get, anam səni görməsin! Heydər bəy(onun boynun qucaqlayıb üzündən öpür). Bu saatda gedirəm, qadan alım, dərd eləmə, bax özün izn verdin!
T e y y i b ə x a n ı m. A qız, Sona, hardasan?
H e y d ə r b ə y tez atı minib tələsik uzaqlaşır.
S o n a x a n ı m. Ay ana, burdayam, gəlirəm.
T e y y i b ə x a n ı m (yaxınlaşıb). A qız, çöldə nə qayırırsan bu qədər vaxt?
S o n a x a n ı m. Ay ana, gündüz burda xalça salıb oturmuşdum. Gecə yadıma düşdü ki, xalça burda qalıbdır. Yerdən qalxıb gəldim götürüm ki, tezdən sığırçıya, buzovçuya rast gəlib aparmasın. Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı, qaranlıqda axtarıram, tapmıram (Əyilib başmağın axtarır).
Teyyibə x a n ı m. Ayağını düz yerə basa bilmirsən? Hansı tərəfdə düşdü?
S o n a x a n ı m. Elə buradaca düşdü ey(Əlin yerə sürtür).
T e y y i b ə x a n ı m (yerə əyilib). Bəs hanı, əgər burda düşübdür?
S o n a x a n ı m. Bax, budur, tapdım (Başmağın tayın əlində göstərir).
T e y y i b ə x a n ı m. Di gey ayağına, gedək! Sona xanım başmağı geyib anası ilə gedir. Pərdə salınır.
İKİMCİ MƏCLİS
İkimci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur.
H a c ı Q a r a. Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurğuşun imiş! Üç aydır Qalada almışam, gətirib beş top satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən! Uf, uf! (Əlin dizinə çırpır). Zalım oğlu, yüz yol qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır, Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni aldatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək. Bu halda Xudaverdi müəzzin yetişib qəflətən.
X u d a v e r d i. Salaməleyk! Hacı, atanızın ismi-şərifi nədir?
H a c ı Q a r a. Əleykəssəlam! Naşurun topu neçiyədir?
X u d a v e r d i. Xeyr, mən soruşuram ki, mərhum atanızın adı nədir?
H a c ı Q a r a. Nəyinə lazımdır, əzizim?
X u d a v e r d i. Necə nəyinə lazımdır? Axır bir sureyi-cümə oxumuşam, istəyirəm atanızın adına tapşıram. H a c ı Q a r a. Çox-çox razıyam, əzizim! Yaxşı, bu xeyir iş hardan sizin xəyali-şərəfinizə düşdü?
X u d a v e r d i. Necə hardan düşdü? Bu gün səhərdən bizim evin qabağından keçəndə bəndəzadənizə özünüz buyurmuyubsunuz ki, atana de, bu gün cir cümə surəsi mənim atama oxusun, gəlsin bir abbası verim?
H a c ı Q a r a. Mən? Necə? Nə danışırsan, dəli olubsan?
X u d a v e r d i. Hacı, hələ dəli olmağa bir səbəb yoxdur. Sən deyibsən, oğlum da mənə xəbər veribdir, surəni də oxumuşam, indi abbasını verməsən, bəlkə onda dəli olam.
H a c ı Q a r a. Kişi, özbaşına sənə nə lazım olmuşdu, mənim atama quran oxuyursan?
X u d a v e r d i. Mən özbaşına oxumamışam, sən demisən, mən oxumuşam.
H a c ı Q a r a. Mən heç vaxt belə sözü demənəm! Bu heç olan iş deyil! Mən həmişə özüm atama quran oxuram. Pul ilə mən ömrümdə quran oxutduğum yoxdur!
X u d a v e r d i. Hacı, bir abbası nə olacaqdır ki, bu qədər danışırsan? Deməmiş olsan da, bir abbası şəfəqqət elə, gedim. Əgərçi oğlum nişanbənişan səni deyirdi.
H a c ı Q a r a. Əzizim, oğlun yanılıbdır; olur ki, özgəsi demiş ola, get, axtar, tap, abbasını al. Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? Allahı sevirsən, dükanın qabağın kəsmə, müştəri gəlir. Xudaverdi gedir. Bu halda Əsgər bəy, Səfər bəy, Heydər bəy yetişirlər.
Ə s g ə r b ə y. Səlaməleyküm, hacı. H a c ı Qara (başın yuxarı götürüb). Vəəleyküməssəlam! Hacı belə sizin qadanızı alsın! Buyurun içəri, əyləşin! (Bəylər dükana girib otururlar). Xoş gəldiniz, ağrınızı alım, səfa gətirdiniz. Bu dükan sizə peşkəşdir! Çubuqmu çəkirsiniz, qəlyanmı istirsiniz!
Ə s g ə r bəy.Qəlyan çəkirik!
H a c ı Q a r a. Bu saatda, qadanız mənə gəlsin! (Tez qəlyanı doldurur).
Ə s g ə r b ə y . Hacı, bazarınız necədir? Alış-veriş yaxşıdırmı?
H a c ı Q a r a. Allah bərəkət versin! Ağrın alım, mal ki, yaxşı oldu, bazar heç vaxt kasad olmaz. Özün bilirsən ki, mən dükana pis mal qoymanam. Günbəgün satılır. Dünən dükan lap boşalmışdı. Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. Elə bu gün yığıb doldurmuşam. (Qəlyanı verib, əlin uzadır qədəkdən, şilədən tökür bəylərin qabağına). Hacı qadanızı alsın, hər nə qədər istirsiniz seçin. Getdiyim Kəbəyi-beytüllah haqqı, qurana and olsun, peyğəmbər haqqı, oğlum Bədəlin toyun görməyim, yalan deyirəmsə, tamam Ağcabədidə bundan yaxşı qədək və çit heç kimdə tapmazsınız! Buların qumaşı özgə qumaşdır. Müştəri macal vermir, göydə götürür. Sabah bura güzarınız düşsə, buların birin də dükanda görməzsiniz. Alın, aparın! Ə s g ə r b ə y. Nəyimizə gərəkdir, Hacı? Zəhmət çəkib parçaları töküb-dağıtma! H a c ı Qara (təəccüb və məlal ilə). Necə nəyinizə gərəkdir? Bəs sövdə eləməyəcəksiniz? Bayram ağzıdır, yalavaşlıq istəməzsinizmi?
Ə s g ə r b ə y. Xeyr, Hacı, yalavaşlıq üçün gəlməmişik, bir ayrı mətləbimiz var.
H a c ı Q a r a. Əgər nəqd pulunuz yox isə, mən yağ ilə də sövdə edərəm. Bəşərti ki, xalis inək yağı ola. Heydər b ə y. A kişi, yağ olsa, özümüz yeyərik: nə inək yağı var və nə qoyun yağı. Qulaq as, gör Əsgər bəy nə deyir.
H a c ı Q a r a (qaşqabaq ilə). Allahı sevirsiniz, indi zəhmət çəkin, gedin, bir özgə vaxt gələrsiniz, danışarıq! Müştərinin gələn zamanıdır, dükanın qabağın kəsməyiniz!
Ə s g ə r b ə y . Hacı, bir çox vacib iş vardır. Alış-veriş bir az sonra olsun. Axı biz səni deyib gəlmişik!
H a c ı Q a r a. Vallah, indi macalım yoxdur. Sonra dan-şarıq. Hələ zəhmət çəkin, gedin!
H e y d ə r b ə y. A kişi, bizi qovmayacaqsan ki? Nə tövr adamsan!
H a c ı Q a r a. A başına dönüm, mən ki, qovmuram. Təvəqqə edirəm. Axıb kasıb adamam, siz mənim zərərimə razı gərək olmayasınız! İndiyədək siz gəlməsəydiniz, beş-on top çit, qədək satmışdım.
H e y d ə r b ə y. Əsgər bəy əcəb adam yanına gətirdi bizi! Durun gedək, bundan fayda yoxdur!
Ə s g ə r b ə y. Heydər bəy, sən allah, sən dinmə! Hacı, incimə, bir qəlyan ver çəkək, bu saatda gedərik.
H a c ı Q a r a. Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. Elə axırı idi ki, silkədim, doldurdum. Xoş gəldiniz! Ə s g ə r b ə y. Hacı, doğru deyirmişlər ki, bir adamdan allah alsa, bəndə vermək ilə dövlət olmaz. Mən ki, bilirəm sən Ağcabədidə üç aydır üç top çit, qədək satmayıbsan. Dərya zərərin vardır. Biz gəlmişdik ki, on beş günün içində sənə yüz manat xeyir yetirək; çifayda bəxtin işləmədi, xudahafiz! Ayağa durub çevrilirlər getməyə.
H a c ı Q a ra. Bura baxın görüm, nə deyirsiniz? Necə on beş günün içində yüz manat?
Ə s g ə r b ə y. Dəxi nə deyək? Sən ki, qulaq asmadın, bizi aşkara qovdun.
H a c ı Q a r a. A kişi, nə vaxt mən sizi qovdum? Oturun aşağı, allahı sevirsiniz, cəhənnəm olsun alış-veriş! Oturun aşağı! Mən bilmədim ki, siz inciyəcəksiniz, yoxsa yüz tümən zərərə düşsəydim də, sizə get deməzdim. Məndən bir kimsənə güldən ağır söz eşitdiyi yoxdur!
Ə s g ə r b ə y. İndi ki, belədir, baş üstə, oturaq, deyək ki, mətləb nədir. Hamı təzədən otururlar. H a c ı Q a r a. Di söyləyin görüm, Hacı qadanızı alsın, yüz manat xeyir hardan yetişəcək? Bu xeyri yetirən kimdir?
Ə s g ə r b ə y. Bu xeyri yetirən Heydər bəydir. (İşarə edir Heydər bəyə).
H a c ı Q a r a. Hardan yetirəcək? Bay sənin qadan alım, Heydər bəy! Qəlyan doldurummu, ağrın mənə gəlsin! H e y d ə r b ə y. Tənbəki yoxdur, nədən dolduracaqsan?
H a c ı Q a r a. Torbada var. Sən təki qəlyan çək. (Tez əlin uzadıb, torbadan tənbəki çıxarıb, qəlyanı doldurub Heydər bəyə təvazö edir, üzün çevirir Əsgər bəyə). Di söylə görüm, necə yetirəcək?
Ə s g ə r b ə y. Hacı, bu qədər mal ki, bura tökübsən, heç bir quruş bundan qazanc varmı?
H a c ı Q a r a. Nə bilim varmı, yoxmu, sözünü de!
Ə s g ə r b ə y. Hacı, Heydər bəyin qoçaqlığını sən bilirsənmi?
H a c ı Q a r a. Bəli, deyirlər ki, qoçaq adamdır!
Ə s g ə r b ə y. Hamı bilir ki, Qarabağda Heydər bəyin adı gələndə quş qorxusundan qanad salır!
H a c ı Q a r a. Bu zəmanədə çox qoçaqlıqdan isə ağrın alım, adamın cibi pul ilə dolu olsa yaxşıdır. Ə s g ə r b ə y. Qoçaqlıq da olmasa, pul olmaz. Hacı, sözümə qulaq as! İndi firəng malı görürsənmi necə baha olub? Təbrizdə arşını bir abbasıya alınan çit, burda altı şahıya satılır. Girvənkəsi bir manata alınan çay, burda manat yarıma göydə gedir, heç bilirsənmi bunun səbəbi nədir?
H a c ı Q a r a. Xeyr, bilmirəm!
Ə s g ə r b ə y . Səbəbi odur ki, qarabağlıların, erməni yasavullarının, gömrükxana qaravullarının və kazakların qorxusundan quş quşluğu ilə Arazın o tayına səkə bilmir.
H a c ı Q a r a . Yaxşı, siz istirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz?
Ə s g ə r b ə y . Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan! Heydər bəy ki, bizim yanımızda ola, qaravul, yasavul, bizə nə eyliyə bilər!
H a c ı Q a r a. Olan, qaravulları, yasavulları qırağa qoy, kazaklar olmasa, vallah, ayda iki yol Təbrizə gedib qayıdaram. Qaravul, yasavul mənə nə eliyəcək? Mən allahın lütfü ilə yalqız oların iyirmisinin öhdəsindən gələrəm. Ancaq rus adı gələndə bağrım yarılır. Oların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. Doğrusu, kazaklardan çox xəta var!
Ə s g ə r b ə y. Eh, biz əlli yolun bilirik. Kazakları aldadıb elə yerdən keçərik ki, izimizi-tozumuzu görməzlər.
H a c ı Q a r a. Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir?
Ə s g ə r b ə y. Qərəzimiz odur ki, milçək gözünə qona-qona sən burda nə qazanacaqsan? Dur, çoxlu pul götür, bizə də ver, özün də saxla, gedək. Bizim alış-verişdən başımız çıxmaz. Təbrizdə sən bizə də, özünə də xirid elə. Biz də səni sağ-salamat malın ilə gətirək bura çıxardaq. On beş günə yüz qızıla əlli qızıl qazanc olur. Bizə verdiyin pulun qazancın bizə ver, öz pulunun qazancın özün götür.
H a c ı Q a r a. Yaxşı, sizə verdiyim pulun faydası necə olsun?
Ə s g ə r b ə y. Axır faydasının əvəzinə biz də sənə yaxşılıq edirik; səni quldurdan ötürürük, qazanc yetiririk, dəxi artıq nə istirsən? On beş günə bizdən puluna fayda istəmək sənə ayıb deyilmi? Bizsiz ki, sən nə gedə bilərsən, nə mal gətirə bilərsən!
H a c ı Q a r a. Niyə gedə bilmirəm? İstəsəm bu gün gedərəm. Heç kəs də məndən bir çöp ala bilməz! Mən özüm neçə yol quldura rast gəlmişəm, dava eləmişəm.
Ə s g ə r b ə y. A canım, yüz əjdaha olasan, bu yola yalqız gedib-gələ bilməzsən! Biz ki, sənin rəşidliyini danmırıq. H a c ı Q a r a. Doğrusu, mən faydasız pul verməyə öyrənməmişəm. Əgər pulumun faydasın çıxarsanız, sözünüzə qulaq asaram.
Ə s g ə r b ə y. Adama yüz qızıl versən, on beş günə nə qədər fayda istəyəcəksən? H a c ı Q a r a. Beş qızıl yüz qızıla fayda götürrəm. Artıq hər nə qazansanız sizin olsun. Ə s g ə r b ə y (Heydər bəyə, Səfər bəyə üzün çevirib). Yoldaşlar, nə deyirsiniz, razısınızmı?
H e y d ə r bəy v ə S ə f ə r bəy. Dəxi, nə eliyək, razıyıq!
Ə s g ə r b ə y. Hacı, di pul hazır elə!
H a c ı Q a r a. Ha vaxt gedirsiniz? Ə s g ə r bəy. Bu axşam gərək yola düşək! H a c ı Q a r a. Çox yaxşı, pul hazırdır. Gedin, geyinin, axşamçağı gəlin bizim evə. Mən də atımı, əsbabımı tədarük edim, yola düşək. B ə y l ə r (ayağa durub). Xudahafiz, Hacı! Gedirlər.
H a c ı Q a r a (dallarınca). Xoş gəldiniz, axşam vaxtlı qayıdın!
B ə y l ə r. Xatircəm ol. Uzaqlaşırlar.
H a c ı Q a r a. A kişi, canım çıxdı dəxi bu köpək oğlunun malının üstündə oturmaqdan! Qiyamətədək bu satılmayacaqdır. Deyirlər firəng malı alıb satma, sövdəgərlik eliyirsən, qızılbaş, rus malı al, sat. Mən başıma nə kül töküm! Bu qızılbaş, rus malı bəs niyə satılmır? Xeyr, bir elə iş olmasa, mən bu zərəri ölüncə ödəyə bilməyəcəyəm! Durum, gedim evə, tədarükü görüm. Bir belə xeyir az ələ düşər, yoxsa qüssədən dərdəcər ollam. Dükanı yığışdırıb bağlayıb gedir. Bu vaxtda məclisin vəzi dəyişib Hacı Qaranın evi nəzərə gəlir. Hacı Qara əlində açar, sandığın ağzın açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl sanıyıb əlahiddə kisələrə qoyur, sonra gedir tüfəng-tapançasını, xəncərini, qılıncını gətirir, yığır qabağına. Bu halda arvadı Tükəz yetişir.
T ü k ə z. A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən?
H a c ı Q a r a. Səfərim var, yola çıxacağam!
T ü k ə z. De görüm, hara gedəcəksən?
H a c ı Q a r a. Sənə deməli deyil!
T ü k ə z. Necə deməli deyil! Quldurluğa getmirsən ki, məndən gizlirsən.
H a c ı Q a r a. Elə, bir elə zaddır!
T ü k ə z. Bəs elə zad isə, heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına, malını sat! (Yaraqları yığışdırır).
H a c ı Q a r a. Dükanı allah batırsın, malı yoxa çıxsın! Satılır məgər! Qoymazsan başımın çarəsini görüm?
T ü k ə z. A kişi, başına nə gəlibdir, çarəsin görəsən? Nə danışırsan?
H a c ı Q a r a. Dəxi nə gələcəkdir! Evim yıxılıb gedib. Düz yüz manat indiyədək zərərim var. Boğazıma çörək getmir!
T ü k ə z. Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola yiyəsən, geyəsən, içəsən, sənin pulun tükənməz. Yüz manat zərərdən ötrü nə özünü öldürürsən?
H a c ı Q a r a. Min kəmə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyüd-nəsihət vermə! Yaraqları yerə qoy! (Əlin uzadıb tüfəng-tapançanı dartıb alır).
T ü k ə z. Yəni sən bu yaraqları qurşanıb olar ilə adam qorxudacaqsan? Bu tüfəng-tapançanın iyirmisin üstünə götürəsən, mən bu arvadlığım ilə səndən qorxmanam! Torpaq sənin başına (İkiəlli başına qarıyır).
H a c ı Q a r a. Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən götürülsün! İtil burdan! T ü k ə z. Kişi, dəli olubsan. Mən evimdən hara itiləcəyəm? De görüm, hara gedirsən?
H a c ı Q a r a. Cəhənnəmə, gora! Əl çəkməzsən? Nə istirsən məndən? T ü k ə z. Kaş cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi toy-bayram edəm? Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanları qara torpaq altına yollayır.
H a c ı Q a r a. Yer üzündə qalan murdarların biri sən özünsən ki, tuği-lənət olub keçibsən mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə bir zərər yetirməmişəm! Mən niyə murdar oluram?
T ü k ə z. Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən! Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. Sən ölsən, heç olmazsa arvad-uşağın doyunca çörək yeyər.
H a c ı Q a r a. Arvad-uşaq zəhirmar yesin! T ü k ə z. Sənin evində zəhirmar da tapılmaz; olsaydı, onu da bizə qıyıb verməzdin! Bu halda bəylər çağırır. B ə y l ər. Hacı! Hacı!
H a c ı Q a r a. Arvad, çəkil get, adamlar gəlir! Tükəz tez uzaqlaşıb, qapının dalısından qulaq asır.
B ə y l ə r (geyinmiş içəri girirlər). Səlaməleyk, Hacı!
H a c ı Q a r a. Əleyküməssəlam. Hacı qadanızı alsın, buyurun əyləşin.
Ə s g ə r b ə y. Hacı, hazırsanmı?
H a c ı Q a r a. Bəli, başına dönüm, hazıram! Pulları da, budur, ayırmışam; amma Hacı ağrını alsın, üç yüz qızılı mən özüm Təbrizdə gözünüzün qabağında çaya, parçaya verrəm, əlinizə tapşırram, gətirərsiniz!
Ə s g ə r b ə y. Elə niyə, Hacı? Burada tapşıranda nə olar?
H a c ı Q a r a. O yaxşıdır, qadan alım! Heç təfavütü yoxdur.
Ə s g ə r bəy. Eybi yoxdur, olsun. Di dur gedək! H a c ı Q a r a. Bir az dayanın, qulbeçənizi göndərmişəm atlarımı, nökərimi gətirməyə.
Ə s g ə r bəy. Neçə at götürürsən, Hacı? H a c ı Q a r a. Üç at, ağrın alım! Birin qulbeçəniz minəcək, birin özüm, birini də yüklərik, nökər başın çəkər. Siz neçə at götürürsünüz?
Ə s g ə r bəy. Bizim də hər birimizin iki atı var: biri yük üçün, biri minik üçün. Bu yaraq-əsbab sənindir, Hacı?
H a c ı Q a r a. Bəli!
Ə s g ə r b ə y. Çox yaxşı. Di bəs geyin! Heydər bəy. Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağrı yarılacaq.
S ə f ə r b ə y. Vallah, mənim Hacıya bu gümanım yox idi.
H a c ı Q a r a. Adam iş vaxtı tanılır, qadan alım! Siz məni elə arşınölçən bilib saya salmırsınız. Amma, inşallah, görərsiniz ki, mən qorxaqlardan deyiləm! Təəccüb edirəm bir para qaçaqçılara ki, hər yoldan ötənlərə mallarını verib boş qayıdırlar.
S ə f ə r bəy.Hacı, mal tutanlar bilmirsən necə hiyləgərdirlər. Yasavul-qaravul libasında ki, adamın gözünə görükmürlər. Görürsən ki, bəzi vaxt ya palanlı at, ya eşşək minib, bəzi vaxt piyada, yaraqsız-əsbabsız qabağına rast gəlirlər, nə biləsən, deyirsən ki, fəqir yoldan ötəndir. Elə ki, qapaqap yavuqlaşanda, yaraq-əsbab bilmirsən ki, haradan tapıldı. Dəxi əl açmağa heç macal olmur; soyurlar, hər nəyin var alırlar.
H a c ı Q a r a. Bular tamam qorxaqlıqdan və ehtiyatsızlıqdan adamın başına gəlir. Heç kəsi gərək adam özünə yavuq qoymasın. İstər hər libasda olsa da. Bircə mənə rast gələlər, görərlər oların başına nə gətirrəm! Hamısına tövbələmə verrəm ki, dəxi heç qaçaqçının qabağın kəsməsinlər!
S ə f ə r b ə y. Bəli, doğru deyirsən, adam gərək qorxaq olmaya, ehtiyatını əldən qoymaya! Bu halda Kərəməli - Hacının nökəri və oğlu Bədəl içəri girirlər.
K ə r ə m ə l i. Ağa, atlar hazırdır. Hara gedəcəksən?
H a c ı Q a r a. Təbrizə!
K ə r ə m ə l i. Təbrizə məni də istirsən aparasan?
H a c ı Q a r a. Bəli! K ə r ə m ə l i. Nədən ötrü gedirsən, ağa?
H a c ı Q a r a. Sənin nə vecinə? K ə r ə m ə l i. Necə vecimə deyil? Axı deyirsən, səni də aparıram. Bəs bilməyim ki, mən nəyə gərəyəm?
H a c ı Q a r a. Gedirəm xiridə. Mal alıb ata yükləyəcəyəm, sən çəkə-çəkə gətirəcəksən.
K ə r ə m ə l i. Ay ağa, havaxt başburt aldın ki, Təbrizə gedirsən?
H a c ı Q a r a. Başburt lazım deyil.
K ə r ə m ə l i. Elə olsa, mən getmənəm.
Mən bir yol burdan Səlyana bilitsiz getmişdim, murov o qədər döydürdü ki, indi də ağrısı yadımdan çıxmayıbdır.
Ə s g ə r b ə y. Qorxma, murov heç vaxt bizim getdiyimizi bilməz!
K ə r ə m ə l i. Doğrusu, mənim vədəm yaxınlaşıbdır, çıxıb özgəyə nökər duracağam.
Hacı çox az muzd verir; bir də, qarnım doymur. Mən gedən də deyiləm.
Ə s g ə r bəy. Sən bu səfər get. Yolda qarnın tutunca biz sənə çörək verrik. Hər birimiz də bir top çit bağışlarıq.
K ə r ə m ə l i. Hacı da bağışlarmı?
H a c ı Q a r a. Yükü sağ-salamat gətirib çıxarsan, mən də çalışaram sənin xeyrin üçün sənə verilən çitləri çox baha sataram.
K ə r ə m ə l i. Olsun!
H a c ı Q a r a. Buyurun, gedək! Hamısı çölə çıxırlar. Sonra Tükəz məclisə gəlir, yalqız.
T ü k ə z. Vay, evinizi allah yıxsın! Kişiciyi tovlayıb qaçaq mala apardılar. Başına bir iş gəlsə uşaqcıqlarım yetim qalacaq! Vay-vay! (Dizinə çırpır, gedir).
Pərdə salınır.
ÜÇÜMCÜ MƏCLİS
Üçümcü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır, dumanlı gecədir, gah-gah ildırım şaxır.
H e y d ə r b ə y. Burdan indi keçmək olmaz. Gərək bir dört verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.
Ə s g ə r b ə y. A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altında yığışıblar. Arazın qırağında cin də tapılmaz, gəlmişkən keçək.
H e y d ə r b ə y. Heç vaxt olmaz! Mən Arazdan bu taya çox oğurluğa gəlmişəm; kazakların həmişə Arazın qırağında busqusu olur.
H a c ı Q a r a. Heydər bəy doğru deyir. Ehtiyatı əldən qoymamaq gərək! O deyən kimi edək.
S ə f ə r b ə y. Hacının sözü doğrudur. Gedək aşağıda küy salaq. Hacı, sən yüklərin yanında qal. Bəylər uzaqlaşırlar aşağı. Bir azdan sonra küy, qalmaqal qopur. Yuxarıdan kazaklar yaraqlı-əsbablı başlayırlar beş bir, üç bir aşağı enməyə.
K a z a k l a r d a n b i r i s i. Ax, məlunlar! Yəqin quldurdurlar, at qovub gətirib keçirmək istirlər!
İ k i n c i s i. Mən belə bilirəm qaçaqçıdırlar!
Ü ç ü n c ü s ü. Hər kim olsa, haqqına fikir çəkərik. Kazakların dalı kəsilir. Bir azdan sonra qalmaqal sakit olur. Bəylər Hacı Qaranın yanında olurlar.
H e y d ə r b ə y. Di tez olun, keçin! Dayanmaq vaxtı deyil. Hamısı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrüyür. Hacı Qara atdan oynuyub düşür suya, axır, kənardan suya uzanan söyüd ağacının budağına ikiəlli yapışıb sallanır, çağırır.
H a c ı Q a r a. Ay aman, Heydər bəy, Səfər bəy, Əsgər bəy, mənim dadıma yetişin, mən boğuldum!
H e y d ə r b ə y. Hacı, hardasan?
H a c ı Q a r a. Burda, söyüd ağacına yapışıb sallanmışam!
H e y d ə r b ə y. Ay evin yıxılsın, bir elə dərin yerə düşübsən ki, səni çıxarmaq heç mümkün deyil!
B ə d ə l. A başınıza dönüm, mənim atamı çıxardın!
K ə r ə m ə l i. A gədə, qoy boğulsun, malı, dövləti tökülsün qalsın, beş gün yeyin, için, kef edin! Nəyinə gərəkdir qaydına qalırsan?
Ə s g ə r b ə y. Gədə, sarsaq danışma! Xurcundan sicimi çıxart, bura ver! Kərəməli sicimi tez çıxardıb verir.
H e y d ə r b ə y. Əsgər bəy, tez sicimi gətir! Əsgər bəy sicimi yetirir.
H e y d ə r b ə y. Hacı, sicimi atırıq, tut!
H a c ı Q a r a. A qurbanınız olum, tuta bilmənəm. Əlimi budaqdan üzsəm, su güclüdür, məni aparacaq. Halqa edin, atın, belimə düşsün! Heydər bəy sicimi halqa edib tullayır, düşür Hacı Qaranın boğazına, çəkir. Hacı Qara ikiəlli sicimdən yapışıb boğula-boğula qırağa çıxır, suyu səpələnir.
H a c ı Q a r a. Evin yıxılsın məni bu günə salan! Qapın çırpılsın məni dükanımdan avara qoyan!
H e y d ə r bəy. Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq! Söyləmək vaxtı deyil, indi üstümüzə tökülərlər. Tez gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. Gecəyarısı adam yatan vaxtda yola düşək. Hamısı tez qıraqdan uzaqlaşıb gözdən itirlər. Sonra on nəfər yaraqlı-əsbablı ermənilər bu yan tərəfdən yetişirlər.
O h a n (ermənilərin yüzbaşısı). Qoççum Sərkis, qoççum Karapet, qoççum Qəhrəman, siz mənim yanımda durun, qabaqda tüfənglərinizi hazır edin, mən havaxt deyərəm, o saatda atın, vurun! Mən sizi adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz qaçaqçı da olsa, öhdəsindən gəlləm. Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmuyun. İnşallah bizi görən kimi yükləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, allah bilir, hamısını xingəl kimi doğrayacağam!
S ə r k i s. A yüzbaşı, hansı tərəfdən gələcəklər?
O h a n. Bax, elə qabağımızdan gələcəklər. Qasid xəbər gətirib ki, burdan başqa gələsi yolları yoxdur. Sərkis, muğayat ol! Allah qoysa, bu yüklərdən adama əlli manatdan artıq bəxşeyiş yetişəcək!
S ə r k i s. A yüzbaşı, elə hamı yüklərini alacaqsan?
O h a n. Allah bilir ki, xurcunlarınadək alacağam!
S ə r k i s. A yüzbaşı, yazıq deyillərmi? Hər necə olsa axır qarabağlıdırlar.
Biz onların tərəfin saxlamasaq, kim saxlayacaq? Genə gərək bir zad özlərinə qoyaq qalsın; yoxsa bəd dua yiyəsi olluq.
O h a n. Olan, nə danışırsan, tərəf saxlamaq bizəmi düşübdür? Tərəf saxlasan, qarabağlılığını gözətləsən, bəd duadan qorxsan, qulluq yaraşdıra bilməzsən.
S ə r k i s. Yüzbaşı, bir irəli gedim, baxım görüm gəlirlərmi?
O h a n. Yaxşı, ehtiyatlı ol, qorxudub geri qaçırma!
S ə r k i s. Xeyr, heç gözlərinə görükmənəm! Gedir.
O h a n. Uşaqlar, sərhesab olun! Başlayır adamları düzməyə, sonra Sərkis qayıdıb.
S ə r k i s. Yüzbaşı, evinə od düşsün, qaçaqçılar gəlirlər! Amma qabaqlarınca bir ucaboylu, qıvraq geyinmiş, yaraqlı-əsbablı oğlan gəlir ki, çox heybətlidir. Gözlərindən qan damır.
O h a n. Doğru deyirsən?
S ə r k i s. Allah bilir ki, doğru deyirəm!
O h a n. De ki, sən öləsən!
S ə r k i s. Sən öləsən, sənin başın üçün! O h a n. Üstündə doğrudan tüfəng və tapança gördün?
S ə r k i s. Vallah gördüm!
O h a n. Neçə idilər?
S ə r k i s. Hamısı üç adam nəzərə gəldi, amma o bir oğlan heç birisinə bənzəməz.
O h a n. Heç qorxu yoxdur, qoy gəlsinlər. Amma, Sərkis, çox irəli durmuşuq, bu yerdə qapaqap üstümüzə çıxarlar. Bir az geri dursaq yaxşıdır ki, sərvaxt olaq. Adamları geri durğuzur. Bu halda bəylər qabaqca, dallarınca Hacı Qara və yüklər yetişirlər.
H e y d ə r b ə y (əlində tüfəng irəli yeriyir). Ey, nə atlısınız? Yolu niyə kəsibsiniz? Çıxın yoldan! O h a n . Ba, olan, yoldan niyə çıxırıq? Sən kimsən ki, belə ürəklə danışırsan?
H e y d ə r b ə y. Qırışmal, qara soransan, rahdarsan, bizim yolumuzu kəsdiribsən? Sənə nə kiməm! Demirəm çıxın yoldan, doldurummu qarnını tüstü ilə! (Tüfəng qaldırır). A gədə, Əsgər bəy, Səfər bəy, niyə durubsunuz, niyə buları qırmırsınız? Vursanız buları yıxılalar!
O h a n (yoldaşlarilə yoldan yan durub). Olan, dəli olubsunuz, qudurubsunuz? Nahaq qan eləməyə, gümanam, çox örgənibsiniz, amma balam, biz qırılası adamlar deyilik.
H e y d ə r b ə y. Qırışmal, siz yəni nə qoçaq adamlarsınız ki, qırılmayasınız? Al gəldi! (Tüfəngi uzadır).
O h a n. A balam, dəli olma! Bax, biz gedirik. Gəl yolunla düz çıx get. Allahı sevirsən, nahaq qan yiyəsi olma. Bizim sizlə işimiz yoxdur!
H e y d ə r b ə y. Olmaz, qırışmal, öyünmə! Səni öldürməmiş qoymayacağam!
O h a n. A canım, mən qoçaqlıqdan ötrü demirdim ki, biz qırılası adam deyilik. Mən dediyim odur ki, bizi murov göndərib, bizi öldürsəniz, murova nə cavab verərsiniz?
Heydər b ə y . Qırışmal, özümüz billik murova nə cavab verrik; sənin nə borcundur soruşursan? Çıxın yoldan, yoxsa bu saatda hamınızı yarpaq kimi tökərəm!!
O h a n. Çıxırıq, çıxırıq, darıxma balam! Sərkis, Karapet, Qəhrəman, dönün, qayıdın, balam! Bulardan qan iyisi gəlir!
S ə r k i s. A yüzbaşı, bəs murova nə deyək?
O h a n. Olan, nə deyəcəyik? Görmürsən bular quldurdullar? Qaçaqçı belə olar? Qaçaqçı yarım ağaclıqdan qaraltı görəndə malın tökür, qaçır. Bular ha bizi də soymaq, qırmaq istirlər. Sarsaq köpək oğlu qasid, buları nahaq yerə qaçaqçı hesab edib, xəbər gətiribdir! Qayıdırlar.
S ə r k i s. A yüzbaşı, murov soruşsa ki, heç bir adama rast gəlmədinizmi, nə deyək? O h a n. Deyərik ki, heç qaçaqçıya rast gəlmədik!
S ə r k i s. Bəs deyəkmi quldura rast gəldik? O h a n. Balam, nə işimiz var? Deyərik: dəvə gördün qığın da görmədik.
K a r a p e t. Xeyr, yüzbaşı, deyərik quldura rast gəldik, çox idilər, girişə bilmədik.
O h a n. Yaxşı, onu sonra fikir edərik, hələ gəl!
S ə r k i s. Qoy bir bulardan soruşum ki, qaçaq malınız varmı? (Geri dönür).
H e y d ə r bəy. Erməni, genə geri dönürsən? Vallah, sizin əcəliniz yetib. Mən sizi qırmasam, siz burdan itməzsiniz. Ermənilərin üstünə hərəkət edir. Bu halda Sərkisin papağı qaçdığı yerdə başından düşür. O h a n (diltəng). A gədə, Sərkis, bu yana dön, bizi qana çalxama! S ə r k i s. Yüzbaşı, papağım düşübdür, qoy bir əyilim, götürüm.
O h a n (darıxmış). A gədə, qoy gəl, qoy qalsın! Sərkis tez dönür, hamısı gedirlər.
H e y d ə r b ə y (dallarınca). Ey, atamın goru haqqı, əgər bizi gördüyünüzü bir yerdə deyərsiniz, xəbər verərsiniz, sonra evinizin içində beşikdəki uşaqlarınızadək tamam gəlləm qırram! Özünüz bilin!
O h a n (uzaqdan). Olan, nə danışırsan? Bir elli deyilik, üz-üzə gəlmiyəcəyik? Nə işimiz var xəbər verək? Sən elə bilirsən, biz sizin üstünüzə gəlmişdik? Yalandan sizə sataşırdıq ki, bizi murov göndərib, görək siz nə deyirsiniz. Biz hadrutluyuq, gəlmişdik şahsevənlərdən camış almağa, sövdəmiz baş tutmadı, qayıdıb gedirik. H e y d ə r b ə y. Yaxşı, di gedin! (Heydər bəy qeyzlə ayağın yerə çırpıb). Tez-tez gedin!.. Ermənilər qədəmlərin yeyin götürürlər, uzaqlaşıb gözdan itirlər. Bundan sonra Hacı Qara irəli yeriyib yoldaşlarına.
H a c ı Q a r a. A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların bağlayıb bu qamışlığa salmadınız? H e y d ə r b ə y. Nədən ötrü, Hacı?
H a c ı Q a r a. Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər.
H e y d ə r b ə y. Camış alanın nəyinə lazımdır ki, gedib özünə zəhmət verə, üstümüzə kazak gətirə? H a c ı Q a r a. Sən bilmirsən, şəksiz, bular camış alan deyillər! Oların sözünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, buların yüz hiyləsi olur?
H e y d ə r b ə y. Hacı, mən zamın ki, bu səfərdə bulardan sənə heç bir xəta yetişməsin.
H a c ı Q a r a. Olan, nə danışırsan? Məgər elə bu səfərdir? Gərək belə adamların bir neçəsinə tənbih oluna ki, qaçaqçının qabağına çıxmayalar. Hər qabağa gələni adam sağ-salamat buraxsa, dəxi buların əlindən qaçağa gedib-gəlməkmi olar? Bundan sonra hərgiz dəxi belə qazanclı səfərdən geri qalmayacağam. Çifayda, mən sənə arxayın oldum, dalda durdum, yoxsa bulara zərbi-dəstimi göstərib, bu nadürüstlərdən gələcəyinə yolları təmizlərdim!
Ə s g ə r b ə y. Yaxşı, bir özgə dəfə rast gələndə zərbi-dəstini göstərərsən, indi keçdi dəxi.
H a c ı Q a r a. Allah qoysa, siz də eşidərsiniz. Di sürün, durmağa vaxt yoxdur; gərək bu gecə Qarğabazarına yetişək. Ordan mən Bədəli sizin yanınızda qoyub gərək Kərəməlilə ötüm Ağcabədiyə ki, sabah cümə günüdür, bazara çatam, malı satam.
H e y d ə r b ə y. Hacı, oradan o yana yalqız gedə bilərsənmi?
H a c ı Q a r a. Oradan o yana dəxi ki, kazak yoxdur.
H e y d ə r b ə y. Kazak yoxdur, amma murov yasavuluna tuş gələsən, onda yaxşı olmaz.
H a c ı Q a r a. Mən özüm tarıdan istirəm ki, bir murov yasavuluna rast gələm, olardan bir qisas alam! H e y d ə r b ə y. Bərakallah, Hacı, maşallah qoçaq imişsən!
H a c ı Q a r a. Bir-iki yasavul mənə rast düşsün, oların başına bir iş gətirim ki, qiyamətədək dadı damaqlarından getməsin; bundan sonra xalq olar sarıdan farağat olsunlar. Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə oların əlindən dincəlməz!
H e y d ə r b ə y. Əcəb olar, Hacı, biz də hünərini eşidərik. Başlayırlar getməyə, bir az gedib gözdən itirlər. Pərdə salınır. DÖRDÜMCÜ MƏCLİS Dördümcü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyada, biri eşşək üstə gəlirlər.
A r a k e l. Mkrtıç, allah qoysa, bu il səksən çuval taxılımız olar.
M k r t ı ç. İnşallah olar. Üç ildir taxılımızı çəyirtkə yeyirdi, amma tarı bu il o qədər veribdir ki, keçən illərin də əvəzi çıxacaq.
A r a k e l. Mkrtıç, nə yaxşı deyirəm ki, bizim köhnə zamandan quyularda taxıllarımız qalırmış, yoxsa bu bahalıq illərdə çox korluq çəkərdik.
M k r t ı ç. Bişək, bizim kəndin taxılı olmasaydı, Dizaq mahalı acından qırılacaq idi.
A r a k e l. Əkinçiliyə allah bərəkət versin. Dünyada ondan yaxşı peşə yoxdur.
M k r t ı ç. At tappıltısı gəlir. Dayan görək kimdir. Dayanırlar, bu halda qabaqda Hacı Qara görükür.
K ə r ə m ə l i. Evimiz yıxıldı, ağa, qabaqda iki adam görürük. Dedimmi, yoldaşlardan ayrılma! Tamahın güc gətirdi, gəldin di indi yaxşı Ağcabədi bazarında malını satarsan. Bu saatda yükü alacaqlar.
H a c ı Q a r a. Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala?
K ə r ə m ə l i. Belə bu görükənlər! Bir irəli dur, bax! Bular, şəksiz, murov yasavullarıdırlar. Di çalış görək necə yükünü saxlayacaqsan. H a c ı Q a r a. Allah qoysa olara bir çöp də vermənəm dişlərini qurtlayalar! Sən yükün üstündə bərk otur, qorxub yıxılma. Mən buları qabaqlayım, görüm sözləri nədir? Tutub qollarını bağlayıb yıxacağam dərəyə. Ta mən özümü bir neçə beləsinə göstərməsəm, yollar əmin olmaz! Allah qoysa bir iş tutum ki, dəxi heç kəs cürət edib qaçaqçı malına tamah etməsin.
K ə r ə m ə l i. Mən mıx kimi yükün üstünə qaxılmışam. Dartıb salan olmasa, yıxılan deyiləm.
H a c ı Q a r a. Yaxşı, otur irəli! (Ermənilərlə qabaqlaşıb əlində tüfəng). Ay adam, kimsiniz? Dinin, yoxsa vurdum! M k r t ı ç. A canım, niyə vurursan? Biz ki, sənə yamanlıq eləmirik? Yoldan gedənik!
H a c ı Q a r a. Yava-yava danışma! Yoldan çox adam gedir. Doğrusun de görüm, kimsiniz? Bu gecə vaxtı burda niyə görükürsünüz? M k r t ı ç. Tuğluyuq, getmişdik çöldə taxılımızı biçirdik. Biçib qurtarıb evimizə qayıdırıq. H a c ı Q a r a. Bu sözlər ilə məni aldada bilməzsiniz. Mən siz deyənlərdən deyiləm. Mən bilirəm ki, siz kimsiniz! Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz, gəlib-gedənlər sizin əlinizdən qurtarmaz! M k r t ı ç (təəccüb ilə). Arakel, bu nə danışır?!
A r a k e l. Bir ağıllı-başlı soruş gör, sözü nədir, nə istir?
M k r t ı ç. Ay qardaş, biz fağır padşah rəiyyətiyik. Öz kasıblığımız ilə başımızı saxlayan adamıq. Biz ömrümüzdə bir kəsə zərər yetirməmişik. Yol kəsmirik, bunt salmırıq. Biz neylirik ki, ölkə bizim əlimizdən dincələ bilmir?
H a c ı Q a r a. Mən sizin tamam hiylələrinizdən xəbərdaram! Əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı bu yolda görükməzdiniz. Sizin fikriniz həmişə xalqa zərər yetirməkdir, xalqın evin yıxmaqdır. Tüfənglərinizi yerə salın, yoxsa vurdum!
M k r t ı ç. A canım, tüfəngimiz harda idi ki, yerə salaq! Bir cüt oraqdan başqa bizdə bir zad yoxdur. Əgər qərəzin bizi soymaqdır, onu bildir.
H a c ı Q a r a. Mən adam soyan deyiləm. Sizin kimi özgə malına tamah edənlərin canını alanam!
A r a k e l. Mkrtıç, bu necə quldurdur? Mən heç bunun sözlərin başa düşmürəm.
M k r t ı ç. Heç mən də başa düşmürəm. Dinmə, görüm nə danışır. (Hacı Qaraya mütəvəcceh olub), Qardaş, biz kimin malına tamah eləmişik. Biz bir əkinçi xalqıq. Allaha şükür, padşaha xərac da, töycü də veririk. Biyara gedirik. Bacardıqca xalqa da xeyrimiz dəyir. Bu qış bahalıqda tamam qonşu müsəlman obalarına taxıl borc verdik ki, aclarından qırılmasınlar. Əgər bu zamanadək tuğlu bir adamın bir quruşunu yeyibsə, bizim qanımız sənə halaldır!
H a c ı Q a r a. Sizin qanınız çoxdan halaldır. Amma bu zamanədək tökən olmuyub. İndi sizi əcəl çəkə-çəkə mənə düçar edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evin yıxıbsınız. İndi cəzanıza yetişərsiniz! Yaraqlarınızı salın, yoxsa, vallah, tüfəngi bu saatda ürəyinizin başına boşaldaram! Ermənilər başlayırlar qorxmağa.
M k r t ı ç. Ay qardaş, yer haqqı, göy haqqı bizim yarağımız yoxdur! Axır bizim təqsirimiz nədir ki, sənin bizə belə qəzəbin tutur?
H a c ı Q a r a. Sizin təqsiriniz nə yerə sığışır, nə göyə! Qurumsaq uşağı, başınıza sənət qəhət olubdur?
M k r t ı ç. A canım, dünyada bizim sənətimizdən yaxşı sənət varmı? Bizim peşəmiz olmasa, aləm çörək tapmaz. H a c ı Q a r a. Bax, bax, cürətinə bax, sənətini tərif də edir! Qırışmal uşağı, xalq əzab çəksin, alnının tərilə mal qazansın, siz müftə yerə sahiblik edin! Bu harda görülübdür?
M k r t ı ç. A qardaş, allahı sevirsən, bizi incitmə, qoy ötək, çıxaq gedək! Sənin işin zarafata bənzir. Hacı Q a r a . Vallah, əgər ayaq-ayaqdan tərpədibsiniz, cəmdəklərinizi yerdə sərilmiş bilin! Mənim sözlərimi zarafat sayırsınız? Qərəziniz budur ki, mən sizin kimi sarsaqlara allanam, yaxın gəlib öz bildiyinizi edəsiniz? Yaraqlarınızı tulluyun, deyirəm!
M k r t ı ç . Arakel nə eyliyək?
A r a k e l. Vallah, mən özüm də mat qalmışam.
M k r t ı ç. Pərvərdigara, bu nə iş idi düşdük? A canım, irəli qoymursan ötək, bəs qoy geri qayıdıb, başqa yol tapıb gedək.
H a c ı Q a r a. Heç vaxt olmaz! Ayaq tərpədə bilməzsiniz, fikriniz odur ki, gedib murova xəbər verəsiniz, özü gəlib mənim üstümə tökülə? Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar!
M k r t ı ç. A canım, sən bizi kim hesab edirsən ki, bu oyunu bizim başımıza gətirirsən?
H a c ı Q a r a. Mən sizi hesab edirəm quldura, yol kəsənə, xalqın evini yıxana, zalıma, müftəxora, dar ağacına layiq olana!
M k r t ı ç. Bəs sən özün kimsən?
H a c ı Q a r a. Məni siz özünüz yaxşı bilirsiniz. Bilməsəydiniz bu gecə vaxtı dərənin ortasında məni qabaqlardınızmı?
M k r t ı ç. Vallah, biz özümüz də çox-çox peşmanıq ki, bu yol ilə gəldik, sənə düçar olduq. Biz heç səni tanımırıq və xəyalımızdan da keçməzdi ki, səni görəcəyik.
H a c ı Q a r a. Bu sözlər bir pula dəyməz! Axırıncı sözümdür, məni məəttəl eləməyin. Tez olun, yaraqlarınızı salın!
M k r t ı ç. Arakel, nə çarə edək? A r a k e l. Vallah, yarağımız yoxdur! Bu iki oraqdan başqa bizdə bir kəsər tapılmaz; istirsən tullayaq, ha! Oraqları qabağa tulluyurlar.
H a c ı Q a r a. Tüfənginizi, tapançanızı, qılıncınızı tulluyun! Yoxsa od elədim!
A r a k e l. A kişi, sən necə adamsan? Allah haqqı, peyğəmbər haqqı tüfəng, tapança yoxdur!
H a c ı Q a r a. İnanmanam, yalan deyirsiniz, gizliyibsiniz, tulluyun.
M k r t ı ç. Çünki inanmırsan, özün bil, hər nə eləyəcəksən elə! Allah cəzanı versin! H a c ı Q a r a. Bəs belə? Görün nə eylərəm! (Başlarının üstündən tüfəngi atır. Eşşək ürkür, Arakel qorxusundan eşşəyin üstündən yumbalanır. Hacı Qara tapançanı çəkib buların üstünə yüyürür, çığırır). Tərpənməyin! Biçarə ermənilərin biri yıxılmış, biri ayaq üstə.
M k r t ı ç. Ay allah bəndəsi, bizi nahaq yerə niyə öldürürsən?
H a c ı Q a r a. Tərpənməyin! (Sonra üzün Kərəməliyə tutub). A gədə, Kərəməli, mən buları əyləmişəm, tez qaç qurtar!
K ə r ə m ə l i. Ay ağa, geri qaçım, ya irəli!
H a c ı Qa r a. Gic oğlu gic, geriyə hara qaçacaqsan? Genə Araza qayıdıb gedəcəksən? İrəliyə qaç qurtar, tez! K ə r ə m ə l i. Yəni yük ilə qaç demirsənmi? H a c ı Q a r a. Fu, gic balası gic! Əlbəttə, yüksüz necə gedərsən?
K ə r ə m ə l i. Mən özüm də belə bilirəm. Atı çubuqlayıb qabağa, gözdən itir. Bu halda Arakel istiyir ayağa dursun. H a c ı Q a r a (qaim sövt ilə). Ay tərpənmə, yoxsa vurdum!
A r a k e l genə yerə enir. Bu əsnada m u r o v, üstüncə bir dəstə adam yetişir. X ə l i l yüzbaşı(murova). Ay ağa, burdadırlar, tapmışam, gəlin!
M k r t ı ç. Ay başınıza dönüm, gəlin bizi bu zalımın əlindən qurtarın!
A r a k e l (ayağa durmuş). Ay qurbanınız olum, yetişin, bizə bu quldurdan nəcat verin! H a c ı Q a r a. Gözünüzə dönüm, hər kimsiniz, gəlin! Bular mənim qorxumdan tərpənə bilmirlər. Buların qolun bağlayın, əyliyin, mən çıxım gedim. Bu halda murov adamları ilə bulara tərəf çevrilir. M u r o v. Haramzadalar, mənim əlimdən hara gedəcəksiniz? Sorağınızı alıb dalınızca gəlmişəm! Xəlil yüzbaşı, qoyma! X ə l i l yüzbaşı(irəli yeriyib ermənilərə). Ey, vallah, tərpənərsiniz, hamınızı qırrıq, yarağınızı salın!
M k r t ı ç. Ay başına dönüm, biz quldur deyilik. Bizim üstümüzə tökülən bu kişidir. Hacı Qaraya işarə edir. Xəlil yüzbaşı onun tərəfinə çevrilir.
X ə l i l y ü z b a ş ı. A kişi, tərpənmə, yarağını sal!
H a c ı Q a r a. A qardaş, mən dinc, farağat kəsb əhliyəm. Yoldan ötdüyüm yerdə bular məni qabaqlayıb əyləyiblər, istirdilər soyalar, çalışıb özümü soydurmamışam.
M u r o v. Xəlil yüzbaşı buyurur ki, hamınız yarağınızı salın! Sonra hər kim təqsirlidir, məlum olar!
M k r t ı ç v ə A r a k e l. Ay ağa, vallah, bizim yarağımız yoxdur. İstirsən, yaxın gəlin, baxın.
X ə l i l y ü z b a ş ı (Hacı Qaraya). A kişi, sən yarağını sal, murov buyurur! H a c ı Q a r a. A başına dönüm, murov burdadır? Başım üstə, budur saldım! Mənim canım və malım murova peşkəşdir. Amma bular yalan deyirlər, yaraqların gizləyiblər. Yaraq-əsbabını yerə salır, sonra murov öz adamları ilə yavuqlaşıb Hacı Qaraya.
M u r o v. A kişi, mən səni üç gecədir axtarıram. Xəlil yüzbaşı, bağla bunun qolların! Xəlil yüzbaşı Hacı Qaranın qollarını bağlayır.
H a c ı Q a r a. A başına dönüm, mənim təqsirim nədir?
M u r o v. Çox danışma, yoldaşlarını de, yoxsa sabah səni dar ağacından asdırram. H a c ı Q a r a. Ağa, niyə məni dar ağacından asdırırsan? Mən quldur deyiləm, yolkəsən deyiləm. Quldur, yolkəsən dar ağacından asılır.
M u r o v. Necə quldur deyilsən! Bəs sən Əylis ermənilərini soyub ipəklərini aparanların yoldaşı deyilsən?
H a c ı Q a r a. Ay ağa, başına dönüm, mən bir fağır adamam, peşəm sövdəgərlikdir. Adam soymaq bacarmanam.
M u r o v. Bəs yaraqlı-əsbablı bu gecə vaxtı burda nə qayırırsan? Düz adam burda gəzməz. Ay uşaqlar, bunu bərk saxlayın, görüm bu adamlar kimdir (Üzün çevirir ermənilərə). A kişi, siz kimsiniz?
M k r t ı ç. A qurbanın olum, biz tuğlu fağır biçinçiyik. Əkindən evimizə qayıtdığımız yerdə bu kişi bizi əyliyib qoymuyub gedək. Sən yetişməsəydin, bunun əlində dustaq idik.
M u r o v (Hacı Qaraya). A kişi, buları sən burda saxlamışdın? H a c ı Q a r a. Mən buları saxlamışdım? Yalan isə buların evini allah yıxsın! A başına dönüm, bular mənim yolumu kəsib məni soymaq istirdilər. M k r t ı ç. Ağa, yalan deyir, o bizi soymaq istirdi.
H a c ı Q a r a. Bularda çox hiylə var, ağa! Bulara inanma! Deyirdilər ki, guya sizin yasavullarınızdırlar. İndi öz sözlərini gizlirlər.
M k r t ı ç. Ay ağa, vallah, bu kişi yalan deyir! Bunun sözünə inanma! Biz əvvəldən axıra özümüzü tuğlu biçinçi deyib buna yalvarmışıq ki, bizdən əl çəksin. Bunun bir yoldaşı da var idi, qaçdı.
M u r o v. Xəlil yüzbaşı, di gəl qan ki, buların hansı doğru deyir. Şeytan da buların sözündən baş aça bilməz. Kim bilsin bular necə adamdırlar? Buların üçün də götürün gedin, sabah naçalnikə göstərrik, silist olunar. Hər necə buyursa, əməl edərik. Xəlil yüzbaşı hamısını dustaq edir. H a c ı Qara(başlayır ağlamağa). Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! İmansız öləsən məni bəlaya salan! Mən harda, divan harda! Mən silistdən qaçırdım, genə silistə düşdüm! Çibindən birəyədək başlayacaqlar soruşmağa. Di gəl boş-boş suallara cavab ver! Gözlə ki, axırı olacaq!
E r m ə n i l ə r d ə n b i r i s i. A kişi, səni görək könlün şad olub, üzün gülməsin ki, bizi nahaq yerə müsibətə saldın. Kim bilsin indi silistdən havaxt qurtaracağıq! Urusun silisti beş ilə qurtarmaz. Taxılımızı kim yığacaq, xırmanımızı kim döyəcək. Ax-ax!
X ə l i l y ü z b a ş ı. A kişi, az danışın, yeriyin. Hamı gedirlər, gözdən itirlər. Pərdə salınır. BEŞİMCİ MƏCLİS Beşimci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar. H e y d ə r b ə y. Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaq-qabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükürün yerinə yetirə bilmənəm.
S o n a x a n ı m. Heydər bəy, səni allaha and verirəm ki, bundan sonra dəxi gəzməyə getməyəsən! Vallah, dəxi mənim ayrılığa hərgiz tabım yoxdur. Allah eləməmiş, əgər sənin başına bir iş gələ, ya qaçaq olasan, ya tutulasan, mən dünyada sağ qala bilməyəcəyəm. Bundan sonra səni bir gün görməsəm, öləcəyəm! H e y d ə r b ə y. Xatircəm ol! Quldurluğa, oğurluğa hərgiz getməyəcəyəm. Naçalnik də mənə dililə tapşırıbdır. Amma bir yaxşı qazanc yolu tapmışıq. İnşallah sən özün də ona mane olmazsan. Çünki bir artıq iş deyil. S o n a x a n ı m. De görüm, necə işdir? H e y d ə r b ə y. Özün bilmirsən? İyirmi beş gün bundan irəli sənə demədim ki, Hacı Qaradan pul götürüb qaçaq mala gedirik? Onda razı olmurdun. İndi xeyrini gördünmü? Gedib gətirən kimi bir gündə Qarğabazarında satıb mayasını verdik Hacı Qaranın oğluna, qazancını götürüb gəldik. Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. On günün içində xərc çəkib, el adətincə toy edib səni gətirdim. Əgər sənin sözünə baxıb getməsəydim, ya gərək səni götürüb qaçaydım, ya indiyədək hələ atan evində qalaydın.
S o n a x a n ı m. Bəs deyirlər ki, axır qadağandır, gedib-gələnlərə tənbih edirlər.
H e y d ə r b ə y. Əlbəttə, acizləri həmişə tuturlar. Malını alıb tənbih edirlər. Amma mənə kim yavuq gələ bilər! S o n a x a n ı m. Bəs sənin qabağına çıxan olmadı?
H e y d ə r b ə y. Niyə olmadı? Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi.
S o n a x a n ı m. Ay aman, Heydər bəy, bu iş də xatalı işə bənzəyir! Doğrusu, mən buna da razı deyiləm! Hacı Qaraya sifariş edəcəyəm ki, dəxi sizə pul verməsin, sizi tovlaşdırıb aparmasın. Vallah, bu işi də fikir edəndə ürəyim əsir!
H e y d ə r b ə y. A qız, nə var ki, ürəyin əsir? (Sona xanımın boynun qucaqlayıb üzündən öpür). A qurbanın olum, bəs nə işə yapışım? Bəs nə ilə səni saxlayım?
S o n a x a n ı m (başlayır ağlamağa). Əl çək. Bu işdən də əl çək! Mən atam evindən gətirdiyim cehiz ilə bir il yaxşı dolannıq. Sonra bir yaxşı iş tapmasan, özün bil! H e y d ə r b ə y. Bəs qoy bir-iki dəfə də gedim, yoldaşlarımın borcunu verim, sonra deyərsən dəxi getmənəm. S o n a x a n ı m (ağlaya-ağlaya). Heç bir dəfə də qoymanam! Yarım dəfə də qoymanam! Qoy yoldaşların gözləsinlər!
H e y d ə r bəy. Axır şərtimiz belə idi. Getməsəm, pullarını istirlər, gözləməzlər.
S o n a x a n ı m. Sənin işin olmasın, anama sifariş edərəm, atama deyər, oları sakit edər. H e y d ə r bəy. Yaxşı, amma mən heç bilmirəm ki, sən nədən ehtiyat edirsən? S o n a x a n ı m. Mən ondan ehtiyat edirəm ki, genə sənin adın çəkilə, işə düşəsən, mən günü qara olam.
H e y d ə r b ə y. Boş-boş xəyal eləmə. Bu heç vaxt olmaz!
S o n a x a n ı m. Çifayda mən dincələ bilmirəm. Ürəyim yarpaq kimi əsir. Elə bilirəm genə səni əlimdən alacaqlar. Bu halda Hacı Qaranın arvadı
T ü k ə z içəri girir. T ü k ə z. A başına dönüm, mənim ərimi neylədiniz? Mənim ərimin başına nə iş gəldi? Siz hamınız gəlibsiniz, onun nə özü var, nə nökəri var! H e y d ə r b ə y. Ay arvad, hələ bu vaxtadək gəlib çıxmayıbdır?
T ü k ə z. Xeyr. Axır bu nə iş idi eylədiniz? Kişiciyi tovluyub aparıb avara saldınız! Yoxsa ölümə verdiniz? H e y d ə r bəy. Ay arvad, qorxma, görəsən kəndlərin hansında əylənibdir, gələr çıxar, fikir eləmə!
T ü k ə z. Kəndlərdə əylənməz. İndiyədək başı əlində olsaydı, gələrdi. Mən ərimi sizdən istirəm! Gərək mənim ərimi necə ki, aparıbsınız, elə də mənə tapşırasınız!
H e y d ə r b ə y. Bizə mühəssil vaqe oldun! Ərin uşaq deyildi, nabaliğ deyildi, biz onu tovlayıb aparaydıq. Biz ona bir təklif elədik, öz xeyrini yoxladı, qoşuldu bizə getdi. Hər yerdə muğayat olub, qorxulu yerlərdən ötürüb yola saldıq. Dəxi biz nə eləyək ki, gəlib çıxmayıbdır. Çıx get, başımı ağrıtma!
T ü k ə z. Gedirəm murova, naçalnikə şikayət etməyə. Mənim ərimi siz itiribsiniz! Bu halda qışqırıq qopur, murov və naçalnik adamları ilə alaçığı çevirirlər.
M u r o v. Naçalnikin buyruğudur ki, heç kəs yerindən tərpənməsin.
H e y d ə r b ə y (qabağa çıxıb).
Murov, naçalnikin qərəzi nədir, buyursun görüm! Burada təqsirli yoxdur ki, ondan qaça.
M u r o v. Təqsirli var, ya yoxdur, ancaq naçalnik Heydər bəyi görmək istəyir.
H e y d ə r b ə y. Heydər bəy mənəm, hər nə qulluğunuz var, buyurun!
N a ç a l n i k (irəli yeriyib). Heydər bəy, sən mənim nəsihətimi eşitməyib, genə yaman işə qoşuldun? İndi gərək mənim ilə Qalaya gedəsən! Sona xanım başlayır titrəməyə, ağlamağa. H e y d ə r bəy.Naçalnik, sən mənə buyurmuşdun ki, oğurluğa, quldurluğa getmə. Əgər mən sənin sözündən çıxmışam, mənim yerim Sibirdir.
N a ç a l n i k. Bəli, çıxıbsan! On gün bundan irəli Arazdan bir az yuxarı Əylis ermənilərini soyub, ipəklərini alıbsınız. İş aşkar olubdur. Yaxşısı odur ki, tənbihin yüngül olmaq üçün boynuna götür, yoldaşlarını nişan ver.
H e y d ə r b ə y. Naçalnik, buyurursan ki, bu iş aşkar olubdur. Amma mən bir adamı soymamışam. Əgər bir kəs mənim üzümə durub, bir söz desə, mən qanımı sənə halal elədim.
N a ç a l n i k. Yaxşı, Xəlil yüzbaşı, o erməniləri bura çağır! Xəlil yüzbaşı Ohan yüzbaşını öz dəstəsi ilə irəli gətirir. N a ç a l n i k. Ohan yüzbaşı, bu idimi sizə rast gələn?
H e y d ə r b ə y. Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin!
O h a n. Başına dönüm, mən hərgiz mujik deyiləm. Mən iyirmi ildir vilayət böyüklərinə qulluq edirəm. İyirmi rizaməndlik kağızım var. Keçən il mənə gümüş medal yazmışdılar! Alın bu kağızları bir oxuyun, görün! (Kağızları göstərir).
N a ç a l n i k. Hələ mənə sənin qulluqlarını bilməyə vaxt yoxdur. Gördüyün işi söylə!
O h a n. Başına dönüm, mənim bəylik üçün şəhadətnaməm dəxi var! Alın, oxuyun! (Şəhadətnaməsini cibindən çıxarıb uzadır naçalnikə).
N a ç a l n i k. Olan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın!
H e y d ə r bəy. Naçalnik, bu şəhadətnamələrin yüzü bir pula dəyməz. Zatında şübhə olanlar öz nəsəbləri üçün şəhadətnamə qayırdarlar. O h a n. Bu sözü naçalnik hüzurunda deməyib, bir özgə yerdə mənə desəydin, bu tüfəng ilə sənə cavab verərdim! (Əlin uzadır tüfənginə, sonra naçalnikə mütəvəcceh olub). Başına dönüm, mən bu axırıncı nüfus dəftərində bəy yazılmışam. İndi bu mənim bəyliyimi istir batırsın. Haqq elə, mən bədbəxt olmuyum.
N a ç a l n i k. Bu saatda buyurram sənə əlli çubuq vurarlar. Bəyliyini lap unudarsan, əgər sualıma cavab verməsən! Səndən mən soruşuram ki, bu idimi sizə rast gələn? O h a n. Bəli, başına dönüm, bu idi bizim üstümüzə yoldaşları ilə tüfəng və qılınc çəkən! İyirmi yaraqlı-əsbablı atlı idilər. Biz ancaq on adam idik. Əgər bizdən çox olmasaydılar, sizin dövlətinizdən, buları tutardıq. Elə ki, bizdən ötüblər, gedib Əylis ermənilərini soyublar.
H e y d ə r b ə y. Naçalnik, tamam danışdığı sözlər böhtandır!
N a ç a l n i k. Tatar tayfası tamam yalançı olar. Sən də o cümlədənsən, sözünüzə etibar eyləmək müşküldür. Birisi də yaraqlı-əsbablı, iki tuğlu ermənini əyləyib soyurmuş. İndi aşkara yalan deyir ki, guya ermənilər onu soymaq istirlərmiş.
H e y d ə r b ə y. Mən bilirəm ki, o, kişi kimdir. Mən Qarabağın tamam yaxşı-yaman adamların tanıyıram. Onu görsəm billəm ki, onun sözü doğrudur, ya yalandır. Sənin başına and olsun ki, həqiqətini ərz eylərəm!
N a ç a l n i k. Xəlil yüzbaşı, o tutulan kişini bura gətirin! Xəlil yüzbaşı gedib Hacı Qaranı hüzura gətirir.
N a ç a l n i k. De görüm, bu kimdir, necə adamdır? H e y d ə r b ə y.
Naçalnik, mən bunu tanıyıram. Sənin başına and olsun ki, bu adamsoyan deyil, ermənilər xilaf ərz ediblər.
N a ç a l n i k. Xəlil yüzbaşı, erməniləri gətir. Xəlil yüzbaşı tuğluları gətirir.
N a ç a l n i k. Heydər bəy, odur ki, sənin sözünə etibar etmirəm! Axır özün bir fikir eylə: bəs bu ermənilər adam soyandırmı? Amma bu kişi deyir ki, guya bular onu soymaq istirmişlər!
H e y d ə r b ə y. Belə deyil, bu kişi də yalan danışır.
N a ç a l n i k (acıqlanmış). Bəs necə olmaq gərək? Məlum ki, hamınız yalan danışırsınız! Hamınız tənbihə layiqsiniz! Mən gərək səni aparam!
H e y d ə r b ə y. İxtiyar sənindir. Sona xanım başlayır titrəməyə.
N a ç a l n i k (Hacı Qaraya). A kişi, sən axır bu erməniləri nə səbəbə əyləmişdin?
H a c ı Q a r a. Başına dönüm, mən öz kəsb-karım ilə dolanan adamam. Heç vaxt yol kəsmək mənim işim deyil. Həmişə alış-veriş eylərəm. Padşaha çox qulluqlar etmişəm.
N a ç a l n i k. Padşaha sən nə qulluq etmisən, a kişi?
H a c ı Q a r a. Başına dönüm, on beş ildir padşah gömrüyünə ildə əlli tümən xeyir verirəm.
N a ç a l n i k. Bəli, çox böyük qulluqlar edibsənmiş! Əlhəq böyük mərhəmətə layiq imişsən! H a c ı Q a r a. Bəli, başına dönüm, bu qulluqlarıma görə gərək mənə qızıl medal veriləydi, nəinki...
N a ç a l n i k. Bəli, sənin kimi qulluq edənlər çoxdur. Verdiyiniz pulları gərək verib qızıl medal qayırdaq, genə özünüzə dağıdaq. Cəfəngiyat danışma! De görüm, erməniləri niyə əyləmişdin?
H a c ı Q a r a. Başına dönüm, olar məni əyləmişdilər. Ermənilərin birisi, y əni Mkrtıç.
M k r t ı ç. Qurbanın olaq, yalan deyir, bu bizi soymaq istirdi! Bu halda Cavanşir murovunun yasavulu yetişib. Yasavul (naçalnikə). Ağa, murovumuz əylisliləri soyan quldurları tutub, tamam ipəkləri alıb, özlərini dustaq edib. Məni qulluğunuza göndərdi ki, bu xüsusda ərz edim. Dalınca əhvalatı yazı ilə bildirəcək. M u r o v. Yəqin ki, genə tatardırlar.
Y a s a v u l. Bəli. N a ç a l n i k. Yoxsa xəyal edirdin ki, ingilis ya firəngdirlər? O h a n. Başına dönüm, quldur həmişə tatardan olur. Bizlərdən heç vaxt quldur olmaz!
N a ç a l n i k. Kəs səsin, bu sizin doğruluğunuzdan deyil. Ondan ötrü ki, cürət edə bilmirsiniz və bacarmırsınız!
Y a s a v u l. Ağa, murov bir qaçaqçı da yük ilə tutub göndəribdir. Hacı Qaranın rəngi qaçır.
N a ç a l n i k. Hardadır! Hüzura gətir! Yasavul gedir. Heydər b ə y. Naçalnik, indi sizə məlum oldu ki, mən quldur deyiləm? O h a n. Ağa, o tutulan quldurlar bişək bunun yoldaşlarıdırlar.
N a ç a l n i k. Həqiqət olunar. Bu halda yasavul Kərəməlini hüzura gətirir. Hacı Qara onu görən kimi "vay" edib özündən gedir. Naçalnik (təəccüb ilə), Bu necə işdir? Bu kişi niyə özündən getdi? Bunu ayıldın görək!
M u r o v su tökür, Heydər bəy, Xəlil yüzbaşı qolun boğur, H a c ı Q a r a gözün açır.
N a ç a l n i k. A kişi, sənə nə gəldi özündən getdin? Hacı Qaranın dili tutulur. N a ç a l n i k (Kərəməliyə). A gədə, doğrusun de, səni buraxaram. Bu kişi səni görəndə niyə özündən getdi? K ə r ə m ə l i. Bilmirəm, başına dönüm!
N a ç a l n i k. Sən kim ilə və haçan qaçaq mala getmişdin?
K ə r ə m ə l i. Mən heç kim ilə və heç vaxt qaçaq mala getməmişdim. N a ç a l n i k. Nə danışırsan? Səni yükün üstündə tutublar, necə dana bilərsən? K
ə r ə m ə l i. Mənim o yükdən heç xəbərim yoxdur. N a ç a l n i k. Bəs o mal kimindir?
K ə r ə m ə l i. Bilmirəm.
N a ç a l n i k. Bəs sən at üstündə deyildin? K ə r ə m ə l i. Bəli.
N a ç a l n i k. Bəs yükü atın üstünə kim qoyubdur? K ə r ə m ə l i. Şeytan qoyubdur, mənim ondan xəbərim yoxdur. N a ç a l n i k. Əzizim, biz şeytanı səndən yaxşı tanıyırıq. Ondan çox iş baş verər. Amma qaçaq mal alış-veriş eləməz. Doğrusunu de, yoxsa dərini soyaram.
H e y d ə r b ə y. Naçalnik, bir ərzim var.
Na ç a l n i k. De görüm.
H e y d ə r b ə y. Qulluğunuzda çox-çox müqəssirəm, amma təqsirimi boynuma götürürəm. Bu kişini mən iki yoldaşım ilə qaçaq malı gətirməyə aparmışdım. Bu tutulan onun nökəridir. Çün bu çox xəsis olduğu üçün malı tutulduğundan ötrü özündən getdi. Erməniləri də malının qorxusundan yolda əyləmiş imiş. Naçalnik (Heydər bəyə). Mətləb məlum oldu. Bəs yoldaşların kim idi?
H e y d ə r b ə y. Əsgər bəy, Səfər bəy. Naçalnik (murova). Oları çağırt, gətirt.
M u r o v. Bu saatda. Murov bir yasavul göndərir.
N a ç a l n i k (Heydər bəyə). Bəs niyə utanmadın, dedin ki, Ohan yalan danışır? Heydər bəy. Ohan həqiqətdə yalan danışdı, naçalnik! Ondan ötrü ki, biz hamı bir yerdə altı adam idik, qaçaq mal gətirirdik. Dörd yükümüz var idi. Bulara rast gəlib, qorxudub qovduq, çıxıb gəldik. Sənin başın üçün, Əylis ermənilərinin soyulmağından bizim xəbərimiz yoxdur! Bu halda bir yasavul Əsgər bəyi, Səfər bəyi gətirir.
N a ç a l n i k. Heydər bəy, yoldaşların bulardımı?
H e y d ə r b ə y. Bəli, bulardır! N a ç a l n i k. Heydər bəy, əgərçi quldurluq cəhətindən sənin təqsirin yoxdur, amma çün paşburtsuz sərhəddən o taya keçib, qaçaq mal gətirib, murov göndərən qaravulların üstünə qılınc və tüfəng çəkibsiniz, zakona görə gərək mən bu saatda sizi dustaq edib Qalaya aparam.
H e y d ə r b ə y. İxtiyar sənindir, naçalnik! S o n a x a n ı m (yeriyib naçalnikin ətəyin tutur). Qurbanın olum, məni öldür, onu aparma! Məni bisahib qoyma!
N a ç a l n i k. Heydər bəy, bu kimdir? H e y d ə r b ə y. Naçalnik, bu mənim arvadımdır. Dünən toy edib gətirmişəm. Bu bədbəxtliyimə bais budur!
N a ç a l n i k. Necə məgər? H e y d ə r b ə y. Naçalnik, biz bir-birimizi nəhayətdə sevirdik. İki il idi qovuşmaq həsrətin çəkirdik. Pul tapmırdım toy edim. Axır ki, qaçaq mal gətirib satdıq, qazancı ilə toy elədim, bunu gətirdim. Kaş öləydim, bu günü görməyəydim. S o n a x a n ı m. Başına dönüm, bizi padşahın başına çevir! Qul xatasız olmaz, ağa kərəmsiz. Yaz bu işi yuxarı bildir, bəlkə mənim göz yaşıma rəhm eləyələr. Mən dilimdən kağız verrəm ki, bundan sonra Heydər bəyi heç bir yaman işə qoymuyum.
H e y d ə r bəy. Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə Dağıstanda padşahın düşmənlərinin qabağında yuyam. N a ç a l n i k (murova). Vallah, yazığım gəlir bu biçarələri bir-birindən ayırmağa. Görəsən mən bu işi yuxarı bildirənədək buları zamına vermək olarmı?
M u r o v. Olar. Ə s g ə r b ə y. Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırıq!
N a ç a l n i k (murova). Buları zamına ver, ta yuxarıdan cavab gəlincə.
M u r o v. Baş üstə! Bu halda Hacı Qaranın arvadı T ü k ə z içəri girib, naçalnikin ayağına döşənib.
T ü k ə z. Başına dönüm, mənim ərimi mənə ver! N a ç a l n i k (Hacı Qaraya). Kişi, dəxi qaçaq mala getməzsən ki? H a c ı Q a r a. Tövbə olsun, naçalnik! Tövbə, tövbə! Gecə-gündüz sənə dua edəcəyəm ki, məni bu əməldən qaytardın! N a ç a l n i k (murova). Bunu da zamına ver.
M u r o v. Baş üstə! H a c ı Q a r a. Başına dönüm, bəs malım necə olsun?
N a ç a l n i k. O barədə səbr elə. H a c ı Q a r a. Qurbanın olum, malım yetişməsə ölləm!
N a ç a l n i k. Özün bil. Xəlil yüzbaşı, Hacı Qaranın nökərini və tuğluları da burax getsinlər. (Bəylərə). Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllər ilə özünüzü bədnam edib ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. Necə ki, oğurluq, elə də qaçaq mala getmək dövlət tərəfindən qadağandır. Padşahın əmrindən çıxan - allahın əmrindən çıxan kimidir. Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər, padşahın əmrindən çıxana bu dünyada; allahın əmrin bitirənə behişt var, padşahın əmrini bitirənə mərhəmət və şəfəqqət. Ümənayi-dövlətin rəhmi çoxdur, olur ki, sizin bu təqsirinizi bağışlayalar. Amma bundan sonra gərəkdir niyyəti-xalis ilə dövlətə sədaqətindiş olub, hər bir xüsusda, yaman xəyalları başınızdan çıxardasınız!
B ə y l ə r. Can-baş ilə nəsihətini qəbul edirik, naçalnik.
N a ç a l n i k (Sona xanımın əlindən tutub). Bax, sənin gözəlliyinə və göz yaşına Heydər bəyi səndən ayırmadım. Ondan yaxşı muğayat ol, genə bir pis iş tutmasın, ta yuxarıdan cavab gəlincə.
S o n a x a n ı m. Mənim başım üstə, naçalnik! Arxayın ol! Özümü öldürrəm ki, onu yaman işə qoymanam. N a ç a l n i k. Çox-çox razıyam! Sənin zamınlığın hər kəsin zamınlığından etibarlıdır. Xudahafiz! (İstir getsin).
H a c ı Q a r a. Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər. N a ç a l n i k (murova). Buyur, bu saatda bunun pulunu versinlər! Yasavulların gərək belə əməlləri tərk ola!
H a c ı Q a r a. Allah sənin ömür və dövlətini artıq eləsin, ağa! Nə qədər bədənimdə canım var, sənin bu şəfəqqətini unutmayacağam! Naçalnik uzaqlaşır, dalısınca da adamlar. Pərdə salınır. Tamam oldu.
- H e y d ə r b əy.
- Ə s g ə r b ə y.
- S ə f ə r b ə y.
- S o n a x a n ı m -
- Heydər bəyin adaxlısı.
- T e y y i b ə x a n ı m - Sona xanımın anası.
- H a c ı Q a r a - sövdəgər.
- T ü k ə z - onun arvadı.
- B ə d ə l - onun oğlu.
- K ə r ə m ə l i - onun nökəri.
- X u d a v e r d i - müəzzin.
- O h a n - qaravulların yüzbaşısı.
- S ə r k i s, Q ə h r ə m a n, K a r a p e t və başqa altı qaravul.
- M k r t ı ç və A r a k e l - Tuğ əkinçiləri.
- M u r o v.
- N a ç a l n i k.
- X ə l i l - yuzbaşı, murov yanında.
- Murovun və naçalnikin əmələsi.
- Y a s a v u l.