Haqqında
Dilçilik elminin beynəlmiləl adı linqvistikadır.Bu elmin bir çox sahələri var.Onlardan biri qrammatikadır.Qrammatika 2 yerə bölünür:morfologiya və sintaksis.
Morfologiya nitq hissələrindən,sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir.Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə fərqlənirlər.Azərbaycan dilində 11 nitq hissəsi vardır.Onlardan 6-sı əsas,5-i köməkçi nitq hissəsidir.

Əsas nİtq hİssələrİisim,sifət,say,əvəzlik,fel,
zərf |
Köməkçİ nİtq Hİssələrİqoşma,bağlayıcı,ədat,
modal sözlər,nida |
Əlamətlərİ-müstəqil leksik mənaya malik olur
-müəyyən suala cavab verir -cümlə üzvü olur -şəkilçi qəbul edərək dəyişir |
Əlamətlərİ-leksik mənası olmur
-suala cavab vermir -cümlə üzvü olmur -şəkilçi qəbul etmir |
İsİm
Əşyanın adını bildirən,kim?,nə?,hara?,suallarından birinə cavab verən nitq hissəsi isim adlanır.
İsmin quruluşca 3 növü olur:sadə,düzəltmə,mürəkkəb.
Sadə isimlər yalnızca bir kökdən ibarət olur.
Düzəltmə isimlər,əsasən,isimlərə və fellərə leksik şəkilçi artırmaqla yaranır.
Mürəkkəb isimlər iki və ya daha artıq sözün birləşməsindən yaranır.

Sİfət
Əşyanın əlamət və keyfiyyətini bildirir,necə?,nə cür?,hansı? suallarından birinə cavab verir.Sifətin də isim kimi quruluşca 3 növü var:sadə,düzəltmə,mürəkkəb.Bundan əlavə sifətin dərəcələri var:adi,azltma,çoxaltma.
Adi dərəcə əlamətin adi halda olduğunu bildirən dərəcədir.
Azaltma dərəcə əlamətin adi haldan az olduğunu bildirən dərəcədir.
Çoxaltma dərəcəsi əlamətin adi haldan çox olduğunu bildirən dərəcədir.

Say
Əşyanın miqdarını və ya sırasını bildirən və neçə?,nə qədər?,neçənci? suallarından birinə cavab olan nitq hissəsi say adlanır.Saylar da quruluşca sadə,düzəltmə və mürəkkəb olur və 2 yerə ayrılır:miqdar sayları və sıra sayları.
Miqdar sayları əşyanın miqdarını bildirir və neçə?,nə qədər? suallarına cavab verir.
Sıra sayları əşyanın sırasını bildirir və neçənci? sualına cavab verir.

Fel
Əşyanın hərəkətini bildirən və nə etdi?,nə edir?,nə edəcək?,nə olmuşdu? suallarına cavab verən nitq hissəsinə fel deyilir.Felin 3 zamanı olur:indiki,keçmiş və gələcək.
İndiki zaman nə edir? sualına cavab verir və -ir4 şəkilçisinin köməyi ilə düzəlir.
Keçmiş zaman nə etdi? sualına cavab verir və -dı4,-mışdı4 şəkilçilərinin köməyi ilə düzəlir.
Gələcək zaman nə edəcək? sualına cavab verir və -acaq2 şəkilçisinin köməyi ilə düzəlir.

Əvəzlİk
Əsas nitq hissələrini əvəz edən sözlərə əvəzlik deyilir.Əvəzlik 2 yerə ayrılır:şəxs əvəzliyi və işarə əvəzliyi.
Şəxs əvəzliyi ismin bir çox xüsusiyyətlərinə malikdir.Bu əvəzliklər şəxsə və kəmiyyətə görə dəyişirlər.
İşarə əvəzliyi kimi və ya nəyi isə işarə etmək üçün işlədilir.İşarə əvəzlikləri bunlardır:o,bu,elə,belə.həmin.

Zərf
Sifətə xas olan əlamətləri daşıyır,lakin sifətdən fərqli olaraq hərəkətlə bağlı olur və fellə işlədilir.
Qeyd:sürətlə(zərf)
sürətli(sifət)
Nümunə:
O,gözəl qızdır.(gözəl-sifət)
O qız gözəl rəqs edir.(gözəl-zərf)
Qeyd:sürətlə(zərf)
sürətli(sifət)
Nümunə:
O,gözəl qızdır.(gözəl-sifət)
O qız gözəl rəqs edir.(gözəl-zərf)